SİYASƏT
2 dəqiqə oxuma
İran dövləti 5 gündür davam edən müharibədə 500 ABŞ əsgərinin öldürüldüyünü iddia edir
Ə.Laricani bildirib ki, D.Tramp B.Netanyahunun təsirinə düşərək amerikalıları İranla ədalətsiz müharibəyə sürükləyir
İran dövləti 5 gündür davam edən müharibədə 500 ABŞ əsgərinin öldürüldüyünü iddia edir
Əli Laricani 2025-ci il avqustun 13-də Livanın Beyrut şəhərində Livan Parlamentinin sədri Nəbih Berri ilə görüşdükdən sonra çıxış edir. / Reuters
5 mart 2026

İran Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani martın 4-də verdiyi açıqlamada fevralın 28-də başlayan və hazırda da davam edən müharibə zamanı 500-dən çox ABŞ hərbçisinin öldürüldüyünü iddia edib.

Ə.Laricani “X” platformasında paylaşdığı mesajda ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun “məsuliyyətsiz davranışlarına” aldandığını bildirərək onu “Amerika xalqını İranla ədalətsiz müharibəyə sürükləməkdə” ittiham edib.

Ə.Laricani etdiyi paylaşımda yazıb: “İndi hesabat aparılmalıdır; cəmi son bir neçə gündə 500-dən çox ABŞ hərbçisi ölüb. Belə olan halda hələ də (Əvvəlcə Amerika) gəlir, yoxsa İsrail?”

ABŞ Müdafiə Nazirliyi isə fevralın 28-dən bu yana təkcə altı amerikalı hərbçinin öldüyünü açıqlayıb. Pentaqonun məlumatına görə, ölən hərbçilərdən dördü Küveytdə həyatını itirib.

Daha əvvəl İranın Ali dini lideri Əli Xameneinin baş müşaviri olmuş və hazırda İran Milli Təhlükəsizlik Şurasına rəhbərlik edən Ə.Laricani üstüörtülü şəkildə döyüşlərin davam edəcəyini bildirərək deyib: “İmam Ə.Xameneinin şəhid edilməsi sizə ağır bədəl ödədəcək. Allahın izni ilə.”

Xatırladaq ki, tərəflər arası müharibə fevralın 28-də İrana qarşı həyata keçirilən ABŞ–İsrail birgə hücumu ilə başlayıb. Həmin hücum nəticəsində İranın Ali dini lideri Əli Xamenei ilə yanaşı, 2025-ci ilin iyununda baş verən müharibə zamanı sələfləri İsrail tərəfindən öldürüldükdən sonra vəzifəyə gəlmiş bir sıra yüksək rütbəli hərbi komandirlər də həlak olub.

Hökumətin hesablamalarına görə, indiyədək davam edən dörd günlük qarşıdurmalar nəticəsində təxminən 1.050 iranlı həyatını itirib. Bu rəqəmə İranın cənubundakı Minab şəhərində öldürülən və ölkədə böyük narazılıq doğuran 165 məktəbli uşaq da daxildir.

Qeyd edək ki, Ə.Xamenei Tehranın mərkəzində yerləşən iqamətgahında həyat yoldaşı, qızı, gəlini, kürəkəni və nəvələri də daxil olmaqla ailə üzvləri ilə birlikdə hədəf alınıb. İran rəhbərliyi Ə.Xameneinin öldürülməsinə cavab olaraq sərt qisas andı içərək Yaxın Şərqdə yerləşən İsrail və ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməyə başlayıb.

Ə.Laricani martın 2-də verdiyi açıqlamada İranın “özünü uzunmüddətli müharibəyə hazırladığını” bildirib. O həmçinin müharibə başlamazdan əvvəl tərəflər arasında dolayı nüvə danışıqlarında vasitəçilik edən Oman xarici işlər naziri Bədr əl-Busaidi tərəfindən irəli sürülmüş ABŞ ilə danışıqlar təklifini də rədd edib.

MƏNBƏ:TRT
Araşdırma
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı
ABŞ İran müharibəsinə dəstək verməyən bəzi NATO ölkələrindəki hərbçilərini geri çəkəcək
Zelenski İran PUA-larını vurduqlarını iddia etdi, Rusiya neftinə sanksiya tətbiq olunmasını istədi
ABŞ İsrail-Livan sülh danışıqlarına ev sahibliyi edəcək
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib
Burhanəddin Duran:''NATO müasir reallıqlara uyğunlaşmalıdır''
Donald Tramp: ''ABŞ qüvvələri İran və ətrafında hərbi mövcudluğunu davam etdirəcək''
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub
ABŞ–İran atəşkəs razılaşmasından sonra gələn qlobal reaksiyalar