DÜNYA
2 dəqiqə oxuma
ABŞ və Çin ticarət kəsirinin azaldılması barədə razılığa gəlib
Tərəflər iqtisadi və ticarət əlaqələri üzrə danışıqların davam etdirilməsi mexanizminin yaradılması ilə bağlı razılığa gəliblər
ABŞ və Çin ticarət kəsirinin azaldılması barədə razılığa gəlib
/ AP

Amerika Birləşmiş Ştatları və Çin bazar ertəsi günü maliyyə bazarlarını sarsıdan və qlobal iqtisadi narahatlığını artıran ticarət müharibəsini aradan qaldırmaq məqsədilə 90 gün ərzində qarşılıqlı ticarət kəsirini azaltmaq barədə razılığa gəliblər.

Dünyanın iki ən böyük iqtisadiyyatına sahib olan ölkələr, danışıqlardan sonra üçrəqəmli tarifləri ikirəqəmli səviyyəyə endirmək və danışıqları davam etdirmək barədə birgə bəyanat yayıblar.

ABŞ Maliyyə Naziri Skot Bessent həftə sonu Çin Baş nazirinin müavini He Lifenq və beynəlxalq ticarət nümayəndəsi Li Çenqanq ilə aparılan danışıqları "məhsuldar" və "əhəmiyyətli" adlandırıb, həmçinin hər iki tərəfin bir-birinə böyük hörmət göstərdiyini vurğulayıb.

Keçən ay ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara 145 faiz rüsum tətbiq etmişdi. Rəsmi Pekin də bu addıma cavab olaraq ABŞ məhsullarına 125 faiz rüsum qoymuşdu. Bessent iki tərəfin ABŞ tariflərini 30 faizə, Çin tariflərini isə 10 faizə endirərək tarifləri 115 faiz azaltmağa razılaşdıqlarını açıqlayıb.

Birgə bəyanatda qeyd olunur ki, hər iki tərəf iqtisadi və ticarət əlaqələri üzrə müzakirələrin davam etdirilməsi üçün mexanizmin yaradılmasında razılığa gəliblər. Çin danışıqlarda əldə edilən irəliləyişi alqışlayıb.

Çinin Ticarət Nazirliyi isə bildirib ki, bu addım hər iki ölkənin və dünyanın ortaq maraqlarına xidmət edir.

Ümumdünya Ticarət Təşkilatının rəhbəri Nqozi Okonjo-İveala danışıqları "gələcək üçün ümidverici" və "vacib addım" adlandırıb.

"Mövcud qlobal gərginlik şəraitində bu irəliləyiş təkcə ABŞ və Çin üçün deyil, həm də dünya, o cümlədən ən həssas iqtisadiyyatlar üçün vacibdir", – deyə Okonjo-İveala vurğulayıb.

Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki mənzil-qərargahında keçirilən danışıqlardan əvvəl "Çin məhsullarına 80% rüsum tətbiqi düzgün addımdır" demişdi.

Lakin Ağ Evin mətbuat katibi Karolin Lavit daha sonra ABŞ-ın tarifləri birtərəfli qaydada aşağı salmayacağını və Çinin güzəştə getməli olduğunu söyləmişdi.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib