SİYASƏT
2 dəqiqə oxuma
İsrail ordusu Suriyanın cənubundakı Kuneytra bölgəsində hərbi fəaliyyətlərini davam etdirir
Rəsmi Dəməşq İsrailin PUA hücumunu kəskin şəkildə pislədi, beynəlxalq ictimaiyyəti bu təcavüzə son qoymağa çağırdı
İsrail ordusu Suriyanın cənubundakı Kuneytra bölgəsində hərbi fəaliyyətlərini davam etdirir
Qolan / AP

Suriya dövlət televiziyası “Əl-İxbariyə”nin yaydığı xəbərdə bildirilir ki, avqustun 27-də İsrail qüvvələri işğal altındakı Qolan təpələrində yerləşən tampon zonadan Kuneytra bölgəsinə doğru hərəkət edib. Lakin İsrail ordusu mediada yer alan bu xəbərlərə münasibət bildirməyib.

Xatırladaq ki, avqust ayı ərzində İsrail ordusu Kuneytra vilayətinə beş dəfə hücum təşkil edib. Sonuncu hücum avqustun 26-da səhər saatlarında baş verib və nəticədə bir nəfər həlak olub.

Suriya hökuməti avqustun 27-də Dəməşq ətrafında həyata keçirilən və altı əsgərin həyatına son qoyan İsrail PUA hücumunu kəskin şəkildə qınayıb. Xarici İşlər Nazirliyinin bəyanatında bu hücum “beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi pozuntusu, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə açıq hücum” adlandırılıb.

Nazirlik İsrailin bu hərəkətini “işğalın bölgədə təhlükəsizlik və sabitliyi sarsıtmaq məqsədi daşıyan təkrarlanan təcavüzkar siyasətinin bir hissəsi” kimi qiymətləndirib.

Suriya beynəlxalq hüquqa uyğun olaraq torpaqlarını və xalqını müdafiə etmək hüququna sadiqliyini bir daha bəyan edib. Eyni zamanda beynəlxalq ictimaiyyətə, xüsusilə də BMT Təhlükəsizlik Şurasına müraciət edərək, İsrailin bu təcavüzkar hərəkətlərinə son qoymaq üçün məsuliyyət daşımağa çağırıb.

 

Beynəlxalq reaksiyalar

Türkiyə bundan əvvəl İsrailin Suriyaya qarşı genişləndirilmiş hücumlarını ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq pozuntu kimi qiymətləndirərək, hücumların dayandırılmasını tələb etmişdi. Rəsmi Ankara Suriyanın sabitliyi və müstəqilliyinə dəstəyini bir daha təsdiqləmişdi.

Səudiyyə Ərəbistanı, Qətər və İordaniya da İsrailin davam edən hücumlarını kəskin şəkildə qınayıb. Bu ölkələr hadisələri beynəlxalq hüququn, Suriyanın suverenliyinin və 1974-cü ildə imzalanmış sazişinin pozuntusu kimi dəyərləndiriblər.

Riyad rəhbərliyi Suriyanın birliyinə və yenidən qurulmasına dəstəyini vurğulayaraq, hər hansı separatçı gündəmi rədd edib və İsrailin hücumlarına son qoymaq üçün qlobal səviyyədə tədbir görməyə çağırıb.

Rəsmi Doha bu hücumları “beynəlxalq iradəyə meydan oxuma” kimi xarakterizə edərək, İsrailə qarşı qəti addımlar atılmasına çağırıb və vəziyyətin həm regional, həm də qlobal təhlükəsizliyə təhdid yaratdığını bildirib.

Amman hökuməti isə İsrailin hərəkətlərini “Suriyanın suverenliyini və bölgə sabitliyini hədəf alan təhlükəli gərginliklər” kimi qiymətləndirərək, Suriya xalqı və onun ərazi bütövlüyü ilə tam həmrəy olduğunu bəyan edib.

 

MƏNBƏ:TRT
Araşdırma
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''