DÜNYA
1 dəqiqə oxuma
Cənubi Sudan və Uqanda sərhədində baş verən qarşıdurmalarda 6 nəfər ölüb
Səlahiyyətlilər bildiriblər ki, Cənubi Sudanın Kajo Keci rayonunda iki ordu arasında atışma nəticəsində Cənubi Sudan ordusunun 5 əsgəri həlak olub.
Cənubi Sudan və Uqanda sərhədində baş verən qarşıdurmalarda 6 nəfər ölüb
Cənubi Sudan və Uqanda arasında münaqişə
30 iyul 2025

Səlahiyyətlilər bildiriblər ki, Cənubi Sudanın Kajo Keci rayonunda iki ordu arasında atışma nəticəsində 5 Cənubi Sudan əsgəri həlak olub. Sərhəd münaqişəsinin vaxtaşırı kiçik miqyaslı toqquşmalara səbəb olduğu Cənubi Sudan və Uqanda arasındakı ortaq sərhəd yaxınlığında baş verən qarşıdurmalarda ən azı 6 nəfər həlak olub.

Uqanda ordusunun sözçüsü Feliks Kulayigye bildirib ki, Cənubi Sudan Xalq Müdafiə Qüvvələri (SSPDF) əsgərləri Uqandanın Qərbi Nil bölgəsinə icazəsiz daxil olub və oranı tərk etməkdən imtina edib. Nəticədə ən azı bir Uqanda əsgəri həlak olub.

Kajo Keji rayonunda rəsmilərin verdiyi açıqlamada Uqanda qüvvələrinin tank və artilleriya dəstəyi ilə həyata keçirdiyi qəfil hücumda 5 SSPDF əsgərinin həlak olduğu bildirilib. Cənubi Sudan ordusu qarşıdurmanı təsdiqləsə də, ölənlərin sayını açıqlamayıb.

Uqanda onilliklər ərzində Cənubi Sudan prezidenti Salva Kiirin qüvvələrini dəstəkləyib. Bu dəstək ölkənin 2011-ci ildəki müstəqillik mübarizəsi və ondan sonrakı vətəndaş müharibəsi zamanı da davam edib.

SSPDF sözçüsü Lul Ruai Koanq iyulun 29-da gecə radələrində bildirib ki, hazırkı birgə sərhəd komitəsi təkrarlanan sərhəd mübahisələrinin sülh yolu ilə həllini araşdıracaq.

Qeyd edək ki, mart ayında Cənubi Sudan prezident Kiir və onun rəqibi, birinci vitse-prezident Riek Macar arasında gərgin münasibətlərin pozulmasından sonra Uqanda ordusunu paytaxt Jubada təhlükəsizliyi gücləndirməyə dəvət edib.

Araşdırma
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''
Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda artan təhlükəsizlik problemlərinə diqqət çəkib