SİYASƏT
2 dəqiqə oxuma
Cənubi Koreya sərhəddəki təbliğat səsgücləndiricilərini sökdü
Prezident Li Çje Menin Pxenyan rəhbərliyi ilə gərginliyi azaltmaq istiqamətində ilk simvolik addımı
Cənubi Koreya sərhəddəki təbliğat səsgücləndiricilərini sökdü
Cənubi Koreya / AP

Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəd xəttində yerləşdirilmiş təbliğat səsgücləndiricilərini sökməyə başladığını elan edib. Bu addım iki ölkə arasında qarşılıqlı etimadı bərpa etmək üçün atılmış addım kimi qiymətləndirilir.

Yeni seçilmiş liberal prezident Li Çje Men mühafizəkar sələfi Yun Sok Yolun dövründə pisləşmiş Koreyalararası münasibətləri düzəltmək və dialoqu bərpa etmək vədi vermişdi. Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, təbliğat yayımının dayandırlması hərbi gərginliyi azaltmaq üçün atılmış praktik bir tədbirdir. Nazirlik həmçinin bu qərarın iki ölkə arasında öncədən razılaşdırılmadığını da açıqlayıb.

Qeyd edək ki, sözügedən səsgücləndiricilər uzun illər ərzində Şimali Koreyaya qarşı təbliğat mesajlarının və musiqilərin yayımlanması üçün istifadə olunurdu. Liberal hökumət artıq iyun ayında bu yayımları dayandırmış, Pxenyanla rəhbərliyi ilə etimad qurmaq üçün ilk addımı atmışdı.

 

Təbliğat mesajları

Kim Çen In rejiminə qarşı istənilən xarici tənqidə həssas olan Şimali Koreya hələlik bu jestə rəsmi reaksiya verməyib.

Ötən ilin iyun ayında Cənubi Koreyanın mühafizəkar hökuməti Şimali Koreyanın tullantı yüklü balonlar vasitəsilə apardığı psixoloji müharibəyə cavab olaraq, illər sonra səsgücləndirici yayımına yenidən başlamışdı.

Bu cihazlardan yayımlanan təbliğat mesajları və mahnılar, Şimali Koreya hakimiyyətinin ölkədə Cənubi Koreya mədəniyyətinin yayılmasına qarşı apardığı kampaniyaya zidd olaraq, rəsmi Pxenyanda narahatlıq yaratmağı hədəfləyirdi.

Soyuq müharibə üslubundakı bu psixoloji savaş metodları, Şimali Koreyanın nüvə proqramının irəliləməsi, Cənubi Koreyanın ABŞ-la hərbi təlimləri və Seul–Vaşinqton–Tokio üçtərəfli təhlükəsizlik əməkdaşlığı fonunda gərginliyi daha da artırmışdı.

Prezident Li Çje Men iyun ayında hakimiyyətə gəldikdən sonra Pxenyan rəhbərliyi ilə münasibətləri normallaşdırmağa söz versə də, Şimali Koreya liderinin bacısı Kim Yo Çjon ötən həftə Seul rəhbərliyinin yaxınlaşma təşəbbüsünü rədd etmişdi. O, Cənubi Koreya hökumətini ABŞ-la “kor-koranə” ittifaqda olmaqda və Şimala düşmən kimi yanaşmaqda ittiham etmiş, yeni administrasiyanı sələfindən fərqlənməməkdə günahlandırmışdı.

MƏNBƏ:TRT Global
Araşdırma
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb