DÜNYA
1 dəqiqə oxuma
Cənubi Koreya və ABŞ donanmalarının birgə təlimi başa çatıb
Pohang şəhəri yaxınlığında doqquz günlük minalara qarşı müharibə təlimi Cənubi Koreya və ABŞ-ın birgə donanma müdafiəsi taktikasını təkmilləşdirib
Cənubi Koreya və ABŞ donanmalarının birgə təlimi başa çatıb
The US and South Korea are reinforcing security cooperation at sea. / Reuters

Pohang yaxınlığında doqquz günlük minalara qarşı müharibə təlimi Cənubi Koreya və ABŞ-ın birgə donanma müdafiəsi taktikasını təkmilləşdirib.

Cənubi Koreya və ABŞ qüvvələri cənub-şərq sahillərində yerləşən Pohang şəhəri yaxınlığındakı sularda minalara qarşı mübarizə imkanlarını təkmilləşdirmək məqsədi ilə birgə hərbi dəniz təlimi keçirib.

"Yonhap" xəbər agentliyinin Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinə istinadən verdiyi məlumata görə, aprelin 15-də başa çatan doqquz günlük təlimlərə hər iki tərəfdən 10 döyüş gəmisi və üç helikopter, o cümlədən Cənubi Koreyanın "Nampo MLS-II" minaatan gəmisi və ABŞ-ın "USS Warrior" (MCM-10) mina əleyhinə gəmisi iştirak edib.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin 52-ci Mina Donanmasının komandiri, kapitan Li Taeq-son “Praktiki minalarla mübarizə təlimini davam etdirməklə, fövqəladə hallar zamanı əsas limanlarımızı və dəniz yollarımızı qorumaq qabiliyyətimizi gücləndirəcəyik” deyib.

Təlim 2014-cü ildə başlanandan bu yana iki ölkə tərəfindən həyata keçirilən sayca 10-cu hərbi dəniz mina əleyhinə döyüş təlimi olub.

Cənubi Koreya və ABŞ qüvvələri həmçinin aprelin 15-də Koreya yarımadası üzərində ən azı bir B-1B bombardmançısının iştirak etdiyi birgə hava təlimləri keçirib ki, bu da fevraldan bəri ikinci dəfədir.

Keçən həftə Birləşmiş Ştatlar və Cənubi Koreya həm müharibə zamanı, həm də sülh dövründə dənizdə birgə xilasetmə və bu sahədə imkanları təkmilləşdirmək üçün Çanqvon yaxınlığındakı sularda təlim keçirib.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi