TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan Mark Rutte ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Mark Rutte ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Mark Rutte ilə görüşüb / Turkish Presidency

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşüb. Prezident İqamətgahında baş tutan görüşdə paytaxtda keçiriləcək NATO Liderlər Zirvəsinə hazırlıq prosesi, alyansın gündəliyindəki əsas mövzular, regional və beynəlxalq proseslər ətraflı müzakirə olunub. Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, R.T.Ərdoğan bölgədə artan qeyri-sabitliyin NATO müttəfiqləri arasında qarşılıqlı yardım və həmrəyliyi zəruri etdiyini vurğulayıb. Türkiyə lideri Ankarada keçiriləcək sammitin üzv dövlətlər arasında birliyi gücləndirəcək və ittifaqın böhranlara hazırlıq səviyyəsini artıracaq qərarlarla yadda qalacağına ümidvar olduğunu bildirib.

Görüş zamanı Türkiyənin xüsusilə hava hücumundan müdafiə sistemləri sahəsində artan imkanlarına diqqət çəkən R.T.Ərdoğan rəsmi Ankaranın yerli müdafiə sənayesini genişləndirməkdə qərarlı olduğunu və bu sahədə müttəfiqlərlə əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini qeyd edib. Transatlantik əlaqələrin qorunmasının NATO-nun uzunmüddətli gücü üçün vacibliyini xatırladan Prezident Avropa müttəfiqlərinin ittifaq daxilində daha böyük məsuliyyət daşımalı olduğunu deyib. O, həmçinin bildirib ki, Avropa İttifaqına üzv olmayan NATO ölkələrinin Aİ-nin müdafiə təşəbbüslərindən kənarlaşdırılması alyansın ümumi strateji məqsədlərinə xidmət etmir.

R.T. Ərdoğan regional gərginliklərə toxunaraq bildirib ki, İranla bağlı son hadisələrdən sonra Türkiyə sülh və diplomatiyaya üstünlük verir. Türkiyə lideri Rusiya–Ukrayna müharibəsini diplomatik yolla bitirmək səylərini xatırladaraq bildirib ki, Ankara danışıqlar prosesini canlandırmaq və liderlər səviyyəsində birbaşa təmasların başlanmasına töhfə verməyə hazırdır. Görüşün sonunda Ərdoğan və Rutte NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıq məsələlərini bir daha nəzərdən keçiriblər.

Araşdırma
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə BMT-də Yunanıstanın "Türkiyə boğazları" termininin istifadəsinə yönəlmiş etirazını rədd etdi
Türkiyə və Belçika Ankarada müdafiə, diplomatiya və ticarət əlaqələrini müzakirə etdilər
Türkiyə XİN rəhbəri H.Fidan Hörmüz boğazından "silah" kimi istifadə edilməməli olduğunu bildirib
Türkiyə XİN: Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar tamamlanıb
Prezident Ərdoğan: "Geosiyasi inkişaflar Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətini bir daha göstərir"
Türkiyə və Belçika ticarət və investisiya əlaqələrinin daha çox inkişafı üçün cəhd göstərirlər
Belçika Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşdirməkdə əhəmiyyətli potensial görür
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Türkiyə İran və ABŞ arasında davamlı atəşkəs üçün konstruktiv dialoqa çağırıb
Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş keçirib
Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının üçüncü iclası keçirilib
Su təhlükəsizliyinin prioritetləşdirilməsi fonunda Türkiyə tətbiqyönümlü COP31-i müdafiə edir
“Qlobal Sumud” humanitar yardım donanmasının fəlları İstanbula gətirilib
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək
Prezident R.T.Ərdoğan TRT-ni 62-ci ildönümü münaibəti ilə təbrik edib
TBMM İsrailin ''Qlobal Sumud Donanması''na müdaxiləsini pisləyib
Türkiyə və İspaniya İsrailin Qəzza donanmasına müdaxiləsinə qarşı qlobal reaksiya çağırışı etdi