SİYASƏT
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın Baş qubernatorunu qəbul edib
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb
Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın Baş qubernatorunu qəbul edib
Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın Baş qubernatorunu qəbul edib / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfər edən Yeni Zelandiyanın Baş qubernatoru Sindi Kironu qəbul edib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Prezident İqamətgahında mətbuata qapalı keçirilən görüşdə ikitərəfli münasibətlər, regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Çanaqqala döyüşlərinin 111-ci ildönümündə baş tutan bu səfərin hər iki ölkənin ortaq tarixi yaddaşı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. R.T.Ərdoğan Türkiyənin Yeni Zelandiya ilə xüsusilə ticarət, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Prezident Ərdoğan Yeni Zelandiyanın İslamofobiya ilə mübarizədə nümayiş etdirdiyi prinsipial mövqeyi, eləcə də Fələstin məsələsində "iki dövlətli həll" modelinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, Yeni Zelandiya tərəfindən Fələstin dövlətinin rəsmən tanınmasının regionda sülhün bərqərar olmasına mühüm töhfə verəcəyini qeyd edib.

Ekoloji məsələlərə də toxunan Ərdoğan Türkiyənin "yaşıl transformasiya" və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki nailiyyətlərini qeyd edərək Baş Qubernatoru cari ilin noyabrında Antalyada keçiriləcək COP31 BMT İqlim Dəyişikliyi Konfransına dəvət edib.

Araşdırma
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran ABŞ-yə iki seçim təklif etdi
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
İsrail Livana xəbərdarlıq edib