DÜNYA
1 dəqiqə oxuma
İsrail atəşkəs rejimini növbəti dəfə pozdu
Oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşması İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən və 70 mindən çox insanın ölümünə, 171 min nəfərin yaralanmasına səbəb olan müharibəsini dayandırmışdı
İsrail atəşkəs rejimini növbəti dəfə pozdu
İsrail atəşkəs rejimini növbəti dəfə pozdu / AA
8 dekabr 2025

Yerli mənbələrin məlumatına görə, İsrail ordusu dekabrın 8-də atəşkəs rejimini növbəti dəfə pozub. Ordunun nəzarətində olan ərazilərdə partlayışlar, artilleriya atəşi və silah səsləri eşidilib.

Oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşması İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən və 70 mindən çox insanın ölümünə, 171 min nəfərin yaralanmasına səbəb olan müharibəsini dayandırmışdı.

Yerli mənbələr Anadolu Agentliyinə bildiriblər ki, İsrail ordusu nəzarətində olan Rəfahın qərbindəki yaşayış binalarını partladıb və şəhərin şərqinə atəş açıb.

İsrail ordusu həmçinin Xan Yunisin şərqində və öz nəzarətində olan digər ərazilərdə artilleriya və PUA hücumları həyata keçirib.

Qəzzadakı Media Ofisinin məlumatına görə, İsrail ordusu atəşkəs rejimini yüzlərlə dəfə pozub. Bu pozuntular nəticəsində 373 fələstinli həlak olub, 970 nəfər yaralanıb.

2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzada həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 70 mindən çox insan ölüb, 171 min adam yaralanıb.