DÜNYA
2 dəqiqə oxuma
Yeni Zelandiyadan İrana sanksiya zərbəsi
Yeni Zelandiya İrandakı etirazlar zamanı insan hüquqlarının pozulması və Rusiyaya hərbi dəstək iddiaları ilə əlaqədar iranlı nazirlər də daxil olmaqla onlarla rəsmi şəxsə qarşı sərt sanksiyalar və səyahət qadağaları tətbiq edib
Yeni Zelandiyadan İrana sanksiya zərbəsi
22 fevral 2026-cı il, Tehranda İran bayrağının divar rəsminin yanından keçən iranlı kişi. / AFP / AFP
11 saat əvvəl

Yeni Zelandiya son dövrlərdə ölkə miqyasındakı etirazlar zamanı hüquq pozuntuları iddiaları səbəbiylə bir neçə iranlı nazir və rəsmiyə sanksiya və səyahət qadağası tətbiq etdiyini açıqladı.

Xarici işlər naziri Uinston Piters səyahət qadağasının daxili işlər naziri İskəndər Mumeni kəşfiyyat naziri İsmayıl Xatib və Baş prokuror Məhəmməd Mövahidi-Azad da daxil olmaqla 40 nəfəri hədəf aldığını, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) mənsublarını da əhatə edəcəyini ifadə edib.

Piters verdiyi açıqlamada “İranlıların dinc etiraz, ifadə azadlığı və məlumata çıxış hüququ vardır. Bu hüquqlar amansızca pozuldu,” ifadələrini işlədərkən, ölkəsinin Avstraliya, ABŞ, İngiltərə, Kanada və Avropa İttifaqı ilə birlikdə İrana sanksiya tətbiq edənlər arasında yer aldığını bildirib.

Səyahət qadağası çərçivəsindəki şəxslər Yeni Zelandiyaya daxil ola və ya ölkə üzərindən tranzit keçid edə bilməyəcəklər.

Yeni Zelandiya daha əvvəl İrandakı insan hüquqları pozuntuları iddiaları səbəbiylə 55 nəfər üçün üç ayrı səyahət qadağası paketi açıqlamışdı.

Rəsmi Vellinqton həmçinin Ukrayna müharibəsində Rusiyaya "dəstək" verdiyi iddiası ilə 29 iranlı şəxsə və 19 İran qurumuna sanksiya tətbiq etdi.

Bu ayın əvvəlində İran Prezident Aparatı 2025-ci ilin sonlarında başlayan hökumət əleyhinə etirazlar zamanı həyatını itirdiyi bildirilən 2 986 nəfərin adını ehtiva edən hesabat dərc etdi; bu rəqəm iğtişaşlar zamanı həyatını itirən cəmi 3 117 nəfərin bir hissəsini təşkil edir. Prezident Aparatı tərəfindən dərc olunan hesabata görə, ölənlər arasında həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları var.

Etirazlar pisləşən iqtisadi və yaşayış şəraitinə görə başlamış və təxminən iki həftə davam etmişdi.

İranlı rəsmilər xalqın narazılığını qəbul etməklə yanaşı, ABŞ və İsrailə sanksiyalar və təzyiqlər yolu ilə iğtişaşlardan istifadə edərək qeyri-sabitlik yaratmağa, xarici müdaxilə ilə hökumət dəyişikliyinə haqq qazandırmağa çalışmaqda ittiham etdi.

.