DÜNYA
1 dəqiqə oxuma
İranda edamlar davam edir: İsrail üçün casusluqda ittiham olunan şəxs edam edilib
Ədliyyə orqanlarının xəbər mənbəyi "Mizan" müttəhimin "İsrailin İrandakı ən mühüm casuslarından biri" olduğunu bildirib
İranda edamlar davam edir: İsrail üçün casusluqda ittiham olunan şəxs edam edilib
İranda edamlar davam edir / AP

Ədliyyə orqanlarının xəbər mənbəyi "Mizan" müttəhimin "İsrailin İrandakı ən mühüm casuslarından biri" olduğunu bildirib.

Ədliyyə orqanlarının xəbər agentliyi olan "Mizan" İranın İsrailin xeyrinə casusluqda ittiham olunan Bəhmən Çobiaslı edam etdiyini və müttəhimin "İsrailin İrandakı ən mühüm casuslarından biri" olduğunu bildirib.

"Mizan"ın verdiyi açıqlamaya görə, Bəhmən Çobiasl "həssas telekommunikasiya layihələri" üzərində çalışıb və "elektron cihazların idxal marşrutları" haqqında məlumat verib.

"Mizan" bildirib ki, İsrailin kəşfiyyat xidməti "Mossad"ın müttəhimin əməkdaşlığını təmin etməkdə əsas məqsədi dövlət qurumlarının məlumat bazalarını ələ keçirmək və İran məlumat mərkəzlərində zəiflik yaratmaq olub. Bundan başqa, elektron avadanlıqların idxal marşrutlarının araşdırılması kimi ikinci dərəcəli məqsədlər də həyata keçirilib.

Ali Məhkəmə müttəhimin apellyasiya şikayətini təmin etməyib və “korrupsiya” ittihamı ilə verilən ölüm hökmünü qüvvədə saxlayıb.

Artan edamlar

İsraillə onilliklər boyu davam edən kölgə müharibəsinin içində olan İran İsrailin kəşfiyyat xidməti olan "Mossad" ilə əlaqədə və onun ölkədəki əməliyyatlarına şərait yaratmaqda ittiham etdiyi çoxsaylı şəxsi edam edib.

İran-İsrail münaqişəsi iyun ayında İsrailin İran daxilində bir neçə hədəfi vurması, "Mossad" komandolarının ölkənin dərinliklərində yerləşdirilməsinə əsaslanan hücumlarla açıq müharibəyə çevrildi.

İsrailin xeyrinə casusluq etdikləri üçün edam edilən iranlıların sayı bu il əhəmiyyətli dərəcədə artıb və son aylarda ən azı 10 nəfər edam edilib.

Araşdırma
Rusiya: Ukraynada logistika mərkəzlərini, limanları və gəmiləri vurduq
Hələbdə hərbi ərazidə baş verən partlayışlarda 4 nəfər xəsarət alıb
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı