DÜNYA
3 dəqiqə oxuma
Kəşmirdə həyata keçirilən hücumda şübhəli bilinən iki şəxsin evi dağıdılıb
Hindistan təhlükəsizlik qüvvələri şübhəliləri yaxalamaq üçün genişmiqyaslı axtarışa başlayıb
Kəşmirdə həyata keçirilən hücumda şübhəli bilinən iki şəxsin evi dağıdılıb
Hindistan-Pakistan / AP

Hindistan Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən mərkəzi Pakistanda yerləşən "Lashkar-e-Taiba" təşkilatının üzvləri olduğunu iddia etdiyi Pahalgam hücumunda şübhəli bilinən şəxslər üçün geniş axtarış əməliyyatına başlayıb.

Hindistanın nəzarətində olan Kəşmirdə əsgərlər aperilin 24-də Pahalqamda 26 mülki şəxsin ölümü ilə nəticələnən qırğınla əlaqədar axtarışda olan iki şübhəli Adil Hüseyn Tokar və Aşif Şeyxin ailə evlərini bombalayıb.

Hindistan təhlükəsizlik qüvvələri şübhəliləri yaxalamaq üçün genişmiqyaslı axtarışa başlayıb. Polis bu şəxslərin Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı sayılan Pakistanda yerləşən "Lashkar-e-Taiba" (LeT) təşkilatının üzvləri olduğunu bildirib.

Səlahiyyətlilər Hindistan vətəndaşı Adil Hüseyn Tokar və Pakistan vətəndaşları Əli Bhai və Haşim Musanın rəsmlərini əks etdirən axtarışda olan plakatlar yayımlayıblar. Hindistan vətəndaşı Aşif Şeyx də axtarışa verilib. Hücumdan sonra iki hindistanlı qaçqının ailə üzvləri sorğu-sual olunmaq üçün saxlanılıb.

Aşif Şeyxin bacısı Yasmeena aprelin 24-ü gecəsindən bu gün səhərə qədər, Tral bölgəsindəki evinin əsgərlər tərəfindən mühasirəyə alındığını söyləyib. O, "Bir əsgər evimizin palçıq divarına dırmaşdı və bir müddət sonra aşağı düşdü. Bir müddət sonra güclü partlayış evi dağıtdı. İçindəki hər şey yerlə-yeksan oldu. Bu vaxt evdə heç kəs olmayıb" deyib.

Polis işçilərindən biri Adil Hüseyn Tokarın evinin də bu gün səhər eyni şəkildə əsgərlər tərəfindən dağıdıldığını söyləyib. Polis bu şəxslərin LeT-in bir qolu olan Müqavimət Cəbhəsinin (TRF) üzvləri olduğunu bildirib.

"Hər ikisi üç-dörd ildir fəaliyyət göstərir və LeT-nin bir qolu olan TRF-nin bir hissəsidir", -deyə polis kəşfiyyatçısı AFP-yə deyib və bildirib ki, onlar axtarışda olan yaraqlılardır və əvvəllər də təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak ediblər. Polis onların tutulmasına kömək edən məlumat üçün hər birinə iki milyon rupi (23,500 dollar) mükafat təklif edib.

Pakistan Hindistan sərhədçisini saxlayıb

Pakistan yarımhərbiləşdirilmiş mühafizəçiləri bu həftənin əvvəlində Pakistan ərazisinə keçdiyi iddia edilən Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) əsgərini saxlayıblar. Bu insident bu gün İslamabad və Yeni Dehlidən olan media xəbərlərində öz əksini tapıb.

Hadisə aprelin 23-də Pakistanın Pəncab əyalətinin Kasur rayonunda, beynəlxalq sərhəddə baş verib. Pakistanın yüksək rütbəli rəsmisi "Dawn" qəzetinə verdiyi açıqlamada təsdiqləyib ki, 182-ci batalyondan PK Sinq kimi tanınan hind əsgəri sərhədi keçdikdən sonra girov götürülüb.

"Press Trust of India" (PTI) həbs edilən əsgərin adının PK Sahu olduğunu açıqlayıb. Sahunun komandiri aprelin 24-ü gecəsi Sahunun atası Bholanath Sahu ilə əlaqə saxlayıb. PTI-nin məlumatına görə, əsgərin təhlükəsiz buraxılması üçün BSF və Pakistan mühafizəçiləri arasında “bayraq görüşü” keçiriləcəyi gözlənilirdi.

Senat Hindistanın ittihamlarını rədd edib

Pakistan Senatı bu gün yekdilliklə Hindistanın Pakistanı bu həftə Kəşmirdə turistlərə hücumla əlaqələndirən ittihamlarını rədd edən qətnamə qəbul edib. Senat "Pakistanı Pahalqam hücumu ilə əlaqələndirmək üçün bütün əsassız cəhdləri rədd edir" və "Hindistan hökumətinin Pakistan hökumətini ləkələmək kampaniyasını pisləyir" ifadələrindən istifadə edib. Həmçinin ölkənin “öz suverenliyini müdafiə etməyə hazır olduğunu” bəyan edilib.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi