DÜNYA
2 dəqiqə oxuma
Fələstinli kinorejissor Həmdan Ballal hücuma məruz qaldığı anlar haqqında danışdı
Fələstinli kinorejissor Həmdan Ballal İsrail qüvvələri tərəfindən azad edildikdən sonra tanıdığı bir yəhudinin ona hücum etdiyini qeyd etdi.
00:00
Fələstinli kinorejissor Həmdan Ballal hücuma məruz qaldığı anlar haqqında danışdı
Israel Palestinians Oscars Director / AP

Oskar mükafatı laureatı və "Başqa torpaq yoxdur" sənədli filminin rejissoru Həmdan Ballal azadlığa buraxıldıqdan sonra qeyri-qanuni israilli məskunlaşanlar tərəfindən məruz qaldığı işgəncə və pis rəftardan danışıb.

Ballal çərşənbə axşamı qeyri-qanuni məskunlaşanlar tərəfindən hücuma məruz qaldığını bildirib. O, azadlığa buraxıldıqdan sonra ''Reuters'' xəbər agentliyinə müsahibə verib.

“Mən sadəcə çöldə gözləyirdim ki, hər hansı bir məskunlaşan və ya əsgər evimə hücum edəcəkmi?”,- deyə Həmdan Ballal qeyd edib.

O, itələndiyini, əsgərlərin ayağa qalxması üçün qışqıraraq silahlarını ona doğrultduqlarını söyləyib. “Bu dəlilikdir. Həmin an ailənizi, uşaqlarınızı təsəvvür edirsiniz və anlayırsınız ki, onları qorumalısınız”,- deyə Həmdan Ballal bildirib.

Onun İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı hadisədən bir müddət əvvəl bir qrup yəhudi Əl-Xəlil yaxınlığındakı Susya kəndində təşkil edilən iftar tədbirinə hücum edib.

Fələstinlilər və bu cür olayları izləyən fəallar polisin və ordunun çox vaxt müdaxilə etmədiyini bildirirlər.

Kinorejissorun həyat yoldaşı Lamia Ballal israilli məskunlaşanların evlərinin ətrafına toplaşdığını və ərinin onların içəri girməsinə mane olmaq üçün bayıra çıxdığını deyib.

“Məskunlaşanlar ona hücum edərək onu döyməyə başladılar, sonra isə onu saxlaydılar’’, - deyə o, Reutersə bildirib.

‘‘Hədəf alındı’’

Fələstinli və israilli rejissorların birgə istehsalı olan "Başqa torpaq yoxdur" filmi bu ilki Oskar mükafatları mərasimində "Ən Yaxşı Sənədli Film" nominasiyasında qalib gəlib.

Ballal bildirib ki, hücumda iştirak edən sakinlərdən biri ona çox tanış olub.

"Bu, ilk dəfə deyildi. O, dəfələrlə evimə hücum edib, həm də mənim bağımda inəklərini otarıb", - deyə Həmdan Ballal vurğulayıb.

H. Ballal ibranicə bilmədiyini, ancaq adını və "Oskar" sözünü eşitdiyini deyib. O, çərşənbə axşamı azadlığa buraxıldıqdan sonra verdiyi müsahibədə "Oskar dediklərini və adınızı dediklərini anlayırsınız", - deyə o, vurğulayıb.

İsrail ordusu əsgərlərin Ballalı döyməsi iddiaları ilə bağlı açıqlama verməyib.

MƏNBƏ:TRT Global
Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib