Hindistan və Polşa Narendra Modi və Donald Tuskun Yeni Dehlidə keçirdikləri görüşlərdən sonra müdafiə, kosmos və nüvə enerjisi sahələrindəki əlaqələrini gücləndirməyi qərara alıblar.
Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Randhir Caisval (Randhir Jaiswal) “X” platformasında etdiyi paylaşımda Modinin polşalı həmkarı Tusku danışıqlar üçün qəbul etdiyini bəyan edib.
Modi mətbuata verdiyi açıqlamalarda iki ölkə arasındakı tərəfdaşlığın "son iki il ərzində yeni bir təkan qazandığını" bildirib.
Modi keçirilən görüşdə müdafiə, kosmos və nüvə enerjisi sektorlarındakı əlaqələri dərinləşdirmək barədə razılığa gəldiklərini ifadə edib.
Modi deyib: "Qlobal idarəetmə institutlarını daha güclü və effektiv etmək üçün islahatların zəruri olduğuna inanırıq".
Tusk isə çıxışında deyik ki, dostluğumuzu etimad, ortaq dəyərlər və zorakılığa qarşı olmaq kimi ideyalar əsasında qururuq.
Hazırda Hindistanda rəsmi səfərdə olan Tusk ölkənin cənubundakı Banqallor (Bengaluru) şəhərində keçirəcəyi görüşlərdən sonra oktyabrın 23-də səfərini yekunlaşdıracaq.
1954-cü ildə diplomatik əlaqələr quran Hindistan və Polşa Modinin 2024-cü ildə Polşaya etdiyi səfər zamanı münasibətlərini "Strateji Tərəfdaşlıq" səviyyəsinə yüksəltmişdilər.
İki ölkə arasındakı ikitərəfli ticarət dövriyyəsi 2010-cu ildə 1,32 milyard dollar ikən, 2020-ci ildə 107,9 faizlik bir artımla 2,73 milyard dollara çatıb.






















