DÜNYA
1 dəqiqə oxuma
Qəzzada atəşkəsin təmin olunmasına dair danışıqlar davam edir
Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxt Qahirədə bir araya gələn tərəflər atəşkəs prosesini sürətləndirmək və mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə birgə "yol xəritəsi" layihəsini nəzərdən keçiriblər
Qəzzada atəşkəsin təmin olunmasına dair danışıqlar davam edir
Qəzzada atəşkəsin təmin olunmasına dair danışıqlar davam edir

Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxt Qahirədə bir araya gələn tərəflər atəşkəs prosesini sürətləndirmək və mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə birgə "yol xəritəsi" layihəsini nəzərdən keçiriblər. Paytaxt Qahirədə keçirilən görüşlərdə əsas diqqət atəşkəsin birinci mərhələsi üzrə öhdəliklərin yerinə yetirilməsinə, Qəzza zolağına humanitar yardımların artırılmasına və regionda davamlı sülhün bərqərar olması üçün atılacaq addımlara yönəlib. Danışıqlarda həmçinin Qəzzanın gələcək idarəçiliyi, bölgənin yenidən qurulması, beynəlxalq qüvvələrin yerləşdirilməsi və atəşkəsin davamlılığının təmin edilməsi kimi strateji mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, tərəflər arasında atəşkəs sazişi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Sözügedən sazişin birinci mərhələsi əsir mübadiləsini, humanitar yardımların intensivləşdirilməsini və İsrail ordusunun müəyyən ərazilərdən qismən geri çəkilməsini əhatə edirdi. Lakin Fələstin mənbələri İsrail tərəfinin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyini və hücumları davam etdirdiyini bildirirlər. Sazişin hazırda müzakirə olunan ikinci mərhələsi isə Qəzzanın idarə olunması və bərpası, bölgəyə beynəlxalq qüvvələrin yerləşdirilməsi, İsrail qoşunlarının tamamilə geri çəkilməsi, eləcə də müəyyən siyasi və təhlükəsizlik tənzimləmələrinin həllini nəzərdə tutur.