TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb
İlkin məlumatlara əsasən, “Ədalət” partiyası 6 milyon 528 min 948 səs, yaxud 71,17 faiz səs toplayıb
Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb
Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb.

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 23-də keçirilmiş Qurultay deputatlarının seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayıb.

İlkin məlumatlara əsasən, “Ədalət” partiyası 6 milyon 528 min 948 səs, yaxud 71,17 faiz səs toplayıb.

“Auıl” partiyasına 574 min 621 seçici, yaxud 6,26 faiz səs verib. “Respublica” 509 min 631 səs, yaxud 5,56 faiz, Qazaxıstan Demokratik Partiyası “Aq Jol” 478 min 83 səs, yaxud 5,21 faiz, Ümummilli Sosial-Demokrat Partiyası isə 469 min 58 səs, yaxud 5,11 faiz toplayıb.

Qazaxıstan Xalq Partiyası 3,11 faiz, Yaşıllar Partiyası “Baytaq” isə 1,07 faiz səs toplayıb. Seçicilərin 2,51 faizi hər kəsin əleyhinə səs verib.

Seçici siyahılarına 12 milyon 623 min 289 nəfər daxil edilib. Səsvermədə 9 milyon 351 min 539 vətəndaş iştirak edib. İlkin seçici fəallığı 74,08 faiz təşkil edib.

Beləliklə, ilkin nəticələrə əsasən, beş siyasi partiya 5 faizlik baryeri keçib.

Hakim "Ədalət" Partiyası, "Auıl" Partiyası, "Respublika" Partiyası, "Aq Jol" Partiyası və Ümummilli Sosial-Demokrat Partiyası (OSDP) 145 yerlik Qurultayda təmsil olunacaq.