TÜRKİYƏ
1 dəqiqə oxuma
THY İrana uçuşları dayandırdı
İranda baş verən hadisələrlə əlaqədar olaraq Tehrana, Təbrizə və Məşhədə həyata keçirilən uçuşlar ləğv edilib
THY İrana uçuşları dayandırdı
THY İrana uçuşları dayandırdı / AA

Türkiyənin əsas hava yolu şirkəti “Türk Hava Yolları” (THY) və “AJet” İranda baş verən etirazlarla bağlı bir sıra reyslərin ləğv olunduğunu açıqlayıb.

“Türk Hava Yolları” yanvarın 9-da yaydığı məlumatda bildirib ki, 9-10 yanvar tarixləri üçün Tehrana, Təbrizə və Məşhədə planlaşdırılan ümumilikdə 17 reys ləğv edilib.

Hava yolu şirkətinin verdiyi açıqlamada deyilir: “İranda yaşanan regional məsələlər səbəbindən 9-10 yanvar tarixlərində Tehrana, Təbrizə və Məşhədə planlaşdırılan ümumilikdə 17 reysimiz ləğv edilib”. Şirkət sərnişinlərə uçuşların cari vəziyyətini rəsmi internet saytı vasitəsilə yoxlamağı tövsiyə edib.

Bununla yanaşı, Türkiyənin digər hava yolu şirkəti “AJet” də eyni iki günlük dövrdə İranın paytaxtı Tehrana planlaşdırılan altı reysin ləğv edildiyini açıqlayıb. Şirkət məlumatında bildirilib: “İranda baş verən regional məsələlər səbəbindən 9-10 yanvar tarixlərində Tehrana həyata keçirilməsi planlaşdırılan ümumilikdə 6 reysimiz ləğv edilib”. Aviaşirkət sərnişinlərin dəyişikliklərlə bağlı məlumatlandırıldığını da qeyd edib.

Xatırladaq ki, İranda dekabr ayının sonundan etibarən riyalın kəskin dəyər itirməsi və pisləşən iqtisadi şəraitin yaratdığı etiraz dalğaları baş verib. Etirazlar 28 dekabr tarixində Tehranda başlayıb, daha sonra ölkənin bir çox digər şəhərlərinə yayılıb.

Qeyd edək ki, ölkə rəsmiləri indiyədək baş verən hadisələr zamanı insan tələfatı ilə bağlı rəsmi rəqəmləri açıqlamayıblar.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi