TÜRKİYƏ
1 dəqiqə oxuma
R.T.Ərdoğan: ''Türkiyə hava məkanının təhlükəsizliyi üçün qətiyyətli tədbirlər görür''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə xalqa ünvanladığı videomüraciətdə ölkənin milli təhlükəsizliyi və regional proseslər barədə mühüm bəyanatlar verib
R.T.Ərdoğan: ''Türkiyə hava məkanının təhlükəsizliyi üçün qətiyyətli tədbirlər görür''
R.T.Ərdoğan: ''Türkiyə hava məkanının təhlükəsizliyi üçün qətiyyətli tədbirlər görür'' / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə xalqa ünvanladığı videomüraciətdə ölkənin milli təhlükəsizliyi və regional proseslər barədə mühüm bəyanatlar verib. Dövlət başçısı rəsmi Ankaranın hava məkanını qorumaqda qətiyyətli olduğunu və milli təhlükəsizliyi gücləndirməyə davam etdiyini qeyd edib.

Yaxın Şərqdəki vəziyyətə toxunan Ərdoğan Qəzzadakı fələstinlilərin İsrailin atəşkəs pozuntuları və humanitar yardımlara yaratdığı maneələr altında bayramı qarşıladıqlarını qeyd edib. O, işğal və dağıdıcı siyasətin Şərqi Qüds, İordan çayının qərb sahili və Livanın cənubunda geniş yayıldığını bildirib.

Prezident həmçinin fevralın 28-dən etibarən İrana qarşı başlayan hücumların və Tehranın buna raket və PUA-larla verdiyi cavabın regional gərginliyi artırdığını bildirib. Bu vəziyyət fonunda Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri gördüyünü vurğulayıb.

Ərdoğan qeyd edib ki, Suriyanın şimalındakı məsələlərin razılaşma yolu ilə həlli Türkiyənin təhlükəsizlik qayğılarını aradan qaldırıb və bu ölkənin ərazi bütövlüyünü təmin edib. Məqsəd bölgədə planlaşdırılan qanlı ssenarilərə qarşı bu prosesi uğurla başa çatdırmaqdır.

İqtisadi göstəricilərə də toxunan dövlət başçısı, Türkiyənin ötən il qlobal qeyri-müəyyənliklərə baxmayaraq 3,6 faiz binkişaf etdiyini xatırladıb.

Araşdırma
R.T.Ərdoğan İstanbul  hava limanının dördüncü uçuş-enmə zolağının açılış mərasimində iştirak edib
Türkiyə ilə Braziliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb
Hakan Fidan Azərbaycana etdiyi səfərlə bağlı paylaşım edib
AKINCI PUA-sı hədəfi uğurla sıradan çıxarıb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin XİN rəhbəri Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan:"Xalqımızı təhlükələrdən qoruyuruq"
Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək
Türkiyə XİN:'' Türkiyə hər zaman Kiprdəki türk xalqının hüquq və maraqlarını qoruyacaq''
Türkiyə və Azərbaycan enerji sahəsində üç böyük layihə həyata keçirməyi planlaşdırır
Yusuf Tekin: ''Məqsədimiz İƏİT ölkələri arasında ilk beşliyə daxil olmaqdır''
Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir
Türkiyə XİN İdlibdəki partlayışla bağlı Suriya xalqına başsağlığı verdi
Türkiyədə ilk dəfə təşkil edilən "GITEX AI" tədbiri öz işinə başlayıb
Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
Türkiyə müdafiə sənayesindəki təcrübəsini mülki texnologiyalar sahəsində tətbiq etməyi planlaşdırır
Türkiyə XİN Mladiçin dəfn mərasimi ilə bağlı bəyanat yayıb
Murat Kurum:''Fəthiyədə böyük ekoloji layihə həyata keçiriləcək''
R.T.Ərdoğan Avropa çempionu olan Türkiyə millisini təbrik edib