ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İxracat artımı və yüksək texnologiya strategiyası qlobal investorların diqqətini çəkdi
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu / TRT Haber

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN yanvarın 13-də bazar dəyərinin 30 milyard dollar həddini aşması ilə bu göstəriciyə çatan Türkiyənin ilk şirkəti olub. Şirkət eyni zamanda Avropanın ən dəyərli müdafiə sənayesi aktorları arasında mövqeyini möhkəmləndirib.

İxracatının güclü şəkildə artması və inkişaf etmiş, yüksək təsir gücünə malik texnologiyalara fokuslanması nəticəsində ASELSAN Avropanın ən dəyərli 10 müdafiə sənayesi şirkəti sırasına daxil olub.

ASELSAN-ın NATO üzvü olan Polşa ilə yaxın zamanda imzalanmış 410 milyon dollarlıq müdafiə müqaviləsi ilə diqqət çəkən yüksəlişi, şirkətin beynəlxalq bazarlarda aktiv genişlənmə strategiyası hesabına daha da sürətlənib.

Avropa ölkələrində təhlükəsizliklə bağlı narahatlıqların və bununla əlaqədar olaraq müdafiə xərclərinin artdığı bir dövrdə imzalanan bu razılaşma, şirkətin ixracat yönümlü strategiyasını bir daha ön plana çıxarıb.

Qlobal bazarların texnologiya yönümlü şirkətlər ətrafında cəmləşməsi fonunda investorlar da ASELSAN-a maraq göstərməyə başlayıb. Bununla da şirkət Türkiyənin texnoloji transformasiyasının əsas simvollarından biri kimi önə çıxıb.

Qeyd edək ki, şirkətin sifariş portfeli 2023-cü ilin əvvəlindən bu yana 120 faiz artaraq 17,9 milyard dollara çatıb. Bu göstərici eyni dövrdə qlobal müdafiə sənayesində qeydə alınan orta artım tempi olan 42 faizdən təxminən üç dəfə yüksəkdir.

ASELSAN-ın ixracatı da əhəmiyyətli dərəcədə artıb. Türkiyənin müdafiə sənayesi nəhəngi 2025-ci ilin ilk doqquz ayı ərzində 1,45 milyard dollar dəyərində yeni ixracat müqavilələri imzalayaraq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 171 faiz artım qeydə alıb.

MƏNBƏ:TRT
Araşdırma
77-ci Beynəlxalq Astronavtika Konqresi Antalyada öz işinə başladı
Kosmos sahəsində əməkdaşlıq üçün Türkiyənin liderliyi ilə hazırlanan Antalya Bəyannaməsi imzalanıb
“TEKNOFEST Cənub-Şərq” festivalı Şanlıurfa şəhərində öz fəaliyyətlərini davam etdirir
“TEKNOFEST Cənub-Şərq” festivalı iki gündür davam edir
“TEKNOFEST Cənub-Şərq” festivalında TÜRKPATENT ISIF'26 İxtira Sərgisi başladı
“TEKNOFEST - Cənub-Şərq” festivalı hava şousu ilə rəngləndi
Türkiyənin yerli smartfonu Malatyada istehsal ediləcək
Türkiyənin "yaşıl" enerjiyə keçidi sürətlə davam edir
Antalyada qlobal kosmik və aviasiya sahəsi üzrə 77-ci Beynəlxalq Astronavtika Konqresi keçiriləcək
“Turkcell” şirkəti “TEKNOFEST Mavi Vətən” festivalında uzaqdan robotik cərrahiyyə sınağı kerçirib
"TCG Sancaktar" əməliyyat bölgələrindən fəlakət zonalarınadək kritik missiyaları icra edir
Türkiyə dövləti Tokioda süni intellekt və qlobal nizamla bağlı STARTCOM forumu təşkil edib
ASELSAN  “TEKNOFEST Mavi Vətən” tədbirində avtonom sualtı aparatını nümayiş etdirəcək
Gölcükdə "Mavi Vətən" həyəcanı: TEKNOFEST üçün qeydiyyat başladı
Türkiyənin qlobal süni intellekt mərkəzinə çevrilmək üçün 2026–2030-cu illər üzrə yol xəritəsi
Türkiyənin Arktika üzrə ekspedisiya qrupu mühüm mövzular üzrə tədqiqatlar aparıblar
COP31-in əsl sınağı: Türkiyə iqlim vədlərini investisiyaya çevirə biləcəkmi?
Türkiyə istehsalı "Bayraktar TB2" aparatı Albaniyada baş verən meşə yanğınında aktif istifadə olunur
"Google" süni intellekt üzrə baş vitse-prezident vəzifəsinə türk mühəndis təyin etdi
TRT Akademiyasında "Mediada süni intellekt təlimi"