DÜNYA
2 dəqiqə oxuma
Mahmud Abbas və İvet Kuper Fələstin məsələsini müzakirə ediblər
Bu barədə Fələstinin rəsmi VAFA xəbər agentliyi məlumat yayıb
Mahmud Abbas və İvet Kuper Fələstin məsələsini müzakirə ediblər
9 sentyabr 2025

Fələstin dövlət başçısı Mahmud Abbas bildirib ki, İsrailin Qəzzada apardığı müharibə başa çatdıqdan sonra Fələstində prezident və parlament seçkiləri keçiriləcək

Mahmud Abbas bu fikri Londonda yeni təyin olunmuş Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə görüşü zamanı səsləndirib. Görüşdə işğal olunmuş Fələstin ərazilərindəki son vəziyyət və Fələstin Dövləti ilə Böyük Britaniya arasındakı ikitərəfli münasibətlər müzakirə olunub. Bu barədə Fələstinin rəsmi VAFA xəbər agentliyi məlumat yayıb.

M.Abbas görüş zamanı Fələstinin prioritetlərini bir daha vurğulayıb: “Dərhal və daimi atəşkəsin təmin edilməsi, Qəzzaya humanitar yardımın tam şəkildə çatdırılması, əsirlərin və məhbusların azad edilməsi, işğalçı qüvvələrin geri çəkilməsi və bərpa ilə yenidənqurma işlərinin başlanması.”

Mahmut Abbas Böyük Britaniyanın bu ayın sonunda Nyu-Yorkda keçiriləcək beynəlxalq sülh konfransı ərəfəsində Fələstin Dövlətini tanımaq niyyətini alqışlayıb. O, bu addımı tarixi ədalətsizliyin aradan qaldırılması kimi qiymətləndirib.

Belçika, Fransa, Avstraliya və Kanada kimi bir sıra digər Qərb ölkələrinin də bu ay keçiriləcək BMT Baş Assambleyasında Fələstini tanımağa hazırlaşdığı bildirilir.

MAbbas vurğulayıb ki, seçkilərdə iştirak etmək istəyən hər bir partiya və ya namizəd Fələstin Azadlıq Təşkilatının (FAT) siyasi proqramına, beynəlxalq öhdəliklərinə, vahid qanun və vahid təhlükəsizlik qüvvəsi prinsipinə əməl etməlidir.

Qeyd edək ki, Mahmud Abbas 2021-ci ilin əvvəlində qanunvericilik, prezident və Fələstin Milli Şurasına seçkilərin keçirilməsi barədə fərman imzalamışdı. Lakin bu günə qədər həmin seçkilər baş tutmayıb. Bu ilin iyul ayında isə M.Abbas Fələstin Milli Şurasına seçkilərin 2025-ci ilin sonuna qədər keçirilməsi ilə bağlı yeni fərman imzalayıb.

Londonda səfərdə olan M.Abbas həmçinin Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə də görüş keçirib. Görüş zamanı o, Starmerin Qəzzada davamlı atəşkəsin təmin olunması, humanitar yardımların çatdırılması, qeyri-qanuni yaşayış məntəqələrinin genişləndirilməsinə və ilhaqa qarşı çıxması, eləcə də iki dövlətli həll modelinə dəstəyini yüksək qiymətləndirib.

Mahmud Abbas deyib: “Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir. Müharibə başa çatdıqdan sonra, ərəb dünyası və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bütün məsuliyyəti öz üzərimizə götürəcəyik və inzibati komitə dərhal fəaliyyətə başlayacaq’’.

Araşdırma
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”