DÜNYA
2 dəqiqə oxuma
İraq Ərbildəki hücumlardan sonra İrandan dəqiq rəsmi mövqe tələb edib
İran hadisə ilə bağlı mövqeyini dəqiqləşdirən rəsmi bəyanat yayacağı vədini verib
İraq Ərbildəki hücumlardan sonra İrandan dəqiq rəsmi mövqe tələb edib
Bərzani hücumu pislədiyini açıqlamışdı

İraqın xarici işlər naziri Fuad Hüseyn İraq Kürdüstan Regional İdarəsinin (İKRH) Baş naziri Məsrur Bərzaninin ofisinin və Kəşfiyyat İdarəsinin rəisinin iqamətgahının hədəfə alınmasından sonra İrandan "dəqiq və rəsmi bəyanat" tələb edib.

İraq Xarici İşlər Nazirliyinin açıqlamasına görə, XİN rəhbəri F.Hüseyn hücumlardan sonra iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.

Söhbət zamanı Hüseyn "Əvvəlki hücumlar İran tərəfindən bölgədə müxalif qrupların mövcudluğu arqumenti ilə əsaslandırılırdı", -deyə bildirib və son zərbələrin kritik infrastrukturu hədəf aldığına diqqət çəkib.

Hüseyn, həmçinin "Bu vəziyyət bölgədə gərginliyi artıracaq və sabitliyi təhdid edəcək təhlükəli gərginlik təşkil edir", -ifadələrini işlədib.

Hücumu kəskin pisləyən Fuad Hüseynin Tehran administrasiyasından bu zərbələr, onların arxasında dayanan tərəflər və səbəblər barədə mövqeyini dəqiqləşdirən rəsmi bəyanat verməsini tələb etdiyi vurğulanıb.

Məlumata görə, görüş zamanı Əraqçı "ölkəsinin gərginliyi artıracaq və vəziyyəti gərginləşdirəcək hər hansı addımı rədd etdiyini" bildirib və İranın insidentlə bağlı rəsmi açıqlama verəcəyinə söz verib.

Bərzaninin şəxsi ofisinə hücum

Kürdüstan Regional Rəhbərliyinin Terrorla Mübarizə İdarəsinin yazılı bəyanatında bildirilir ki, ötən gün yerli vaxtla saat 00:28-də "İran tərəfindən idarə olunduğu iddia edilən" iki ədəd partlayıcı yüklənmiş "Hadid-110" tipli PUA Baş nazirin şəxsi ofisinə və Ərbilin Səlahəddin rayonunda yerləşən Kəşfiyyat rəisinin iqamətgahına zərbə endirib.

Hücum nəticəsində insan tələfatının olmadığı qeyd edilib.

İraq Kürdüstan Regional İdarəsinin Baş naziri Məsrur Bərzani sosial media hesabındakı bəyanatında regionun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid kimi qiymətləndirdiyi bu hücumu kəskin şəkildə pisləyib.

Araşdırma
İsrail ordusu Livanın cənubuna hava zərbələri endirməyə başlayıb
Rusiya: Belqorod vilayətinə Ukraynanın raket hücumu nəticəsində altı nəfər həlak olub
İndoneziyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 47-yə yüksəldi
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib
M.Zaxarova Türkiyənin sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirdiklərini bildirib
Pakistanda törədilən silahlı hücumlarda 3 polis əməkdaşı həlak olub
Latviya hava məkanına daxil olan PUA NATO qırıcıları tərəfindən zərərsizləşdirilib
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib