Xarici işlər naziri Hakan Fidan Türkiyə-Səudiyyə Әrәbistanı Koordinasiya Şurasının üçüncü iclası çərçivəsində ikitərəfli münasibətlərin institusional müstəvidə müzakirə olunduğunu və Qəzza başda olmaqla regional mövzuların nəzərdən keçirildiyini açıqlayıb.
Bu barədə Hakan Fidan rәsmi “NSosyal” platformasında etdiyi paylaşımda bildirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə iclasa sədrlik etdiklərini bildirən Hakan Fidan aidiyyəti nazirlik və qurumların da iştirakı ilə ticarət, enerji, müdafiə, təhsil, mədəniyyət, turizm və nəqliyyat kimi strateji sahələrdəki komitə işlərini qiymətləndirdiklərini və ikitərəfli münasibətləri institusional çərçivədə müzakirə etdiklərini dilə gətirib.
Hakan Fidan Qəzza başda olmaqla regional məsələlərin də müzakirə edildiyi iclas çərçivəsində "Diplomatik və Xüsusi Pasport Sahiblərinin Viza Öhdəliyindən Qarşılıqlı Olaraq Azad Edilməsinə Dair Saziş"i də imzaladıqlarını qeyd edib.
Nazir Hakan Fidan bu sazişin hər iki ölkə üçün xeyirli olmasını arzulayaraq, Feysəl bin Fərhan və nümayəndə heyətinə səfərlərinə görə təşəkkür edib.














