TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb
Türkiyə Xarici İşlər Nazirliyi husilərin Məkkə şəhərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəf almasını pisləyib
Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb
Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi husilərin Məkkə şəhərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəf almasını pisləyib.

Nazirliyin yaydığı bəyanatda Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstək ifadə olunub.

Bəyanatda deyilir:’’Regional sabitliyi və təhlükəsizliyi də təhdid edən bu hücumların dərhal dayandırılması, gərginliyi daha da artırmağa yönəlmiş hər cür hərəkətdən çəkinilməsi istiqamətindəki çağırışlarımızı xatırladırıq’’.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki hava hücumundan müdafiə qüvvələrinin Məkkənin cənubunda husilərə məxsus PUA-nı hava məkanına daxil olmazdan əvvəl aşkarlayaraq zərərsizləşdirdiyini açıqlamışdı.

Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri Məkkənin hədəf alındığına dair iddiaları təkzib edib. O bildirib ki, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən əməliyyatlar zamanı yalnız neft obyektləri və hərbi bazalar hədəf alınıb, müqəddəs məkanlardan isə tamamilə uzaq durulub.