DÜNYA
1 dəqiqə oxuma
Pakistanda hərbi qərargaha hücum edilib, ölənlər var
Bu barədə yerli polis məlumat yayıb
Pakistanda hərbi qərargaha hücum edilib, ölənlər var
Pakistanda hərbi qərargaha hücum edilib, ölənlər var / Reuters

Pakistanda hərbi qərargaha təşkil edilən hücum nəticəsində üç zabit həyatını itirib. Bu barədə yerli polis məlumat yayıb. Bildirilir ki, hücum zamanı hər üç silahlı terrorçu zərərsizləşdirilib.

Terror aktı Pakistanın Əfqanıstanla həmsərhəd olan Xaybər Paxtunxva əyalətinin paytaxtı Peşəvərdə baş verib. Peşəvər Polis İdarəsinin rəisi Mian Səid bildirib ki, hücum nəticəsində Federal Qvardiyanın (FQ) üç əməkdaşı şəhid olub, dörd nəfər isə yaralanıb. Onun sözlərinə görə, silahlılardan biri Federal Jandarmanın əyalət qərargahının girişində üzərindəki partlayıcı qurğunu partladıb. Daha sonra binaya daxil olan iki digər silahlı isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

M. Səid qeyd edib ki, təhlükəsizlik qüvvələrinin sürətli reaksiyası daha böyük itkilərin qarşısını alıb və vəziyyət qısa müddətdə nəzarətə götürülüb.

Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif hücumu qınayıb və təhlükəsizlik qüvvələrinə operativ müdaxiləyə görə təşəkkür ediblər.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Keçmişdə buna bənzər hücumlarda günahlandırılan ‘‘Təhriki-e-Taliban Pakista’’nın (TTP) bu hadisədə də rolunun ola biləcəyi ehtimal olunur.

Son dövrlərdə baş verən bu kimi hücumlar İslamabadla Əfqanıstandakı Taliban hökuməti arasında münasibətləri gərginləşdirib. Pakistan iddia edir ki, Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra TTP Əfqanıstan ərazisində sərbəst fəaliyyət göstərir. Rəsmi Kabil isə bu iddiaları rədd edir.

Araşdırma
Husilərin Ədən şəhərində Əl-Maşiq Prezident Sarayına hücumu nəticəsində 5 nəfər həlak olub
Yəmən hökumət qüvvələri husilər arasında 200-dən çox itki qeydə alındığını bildirib
Suriyanın Həma şəhərində təşkil edilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub
İran Hörmüz boğazı ilə bağlı Omanla lazımi razılığa gəldiklərini bildirib
Paşinyan: "Azərbaycanla sülh dövlətçiliyimizin uzunömürlülüyünün əsasını təşkil edəcək"
İraqın şimalındakı Metina bölgəsində terror təşkilatı PKK/KCK 4 yaşayış məntəqəsini tərk edib
Nigeriyada tacir karvanına hücum zamanı 27 nəfər həlak olub
Andriy Sıbiha: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"
Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib, ölənlər var
Şimali Koreya Yapon dənizi istiqamətində çox sayda ballistik raket buraxıb
İraq qüvvələri DEAŞ-ın mövqelərinə hava zərbələri endirib
Braziliyada minlərlə insan Prezident Lula da Silvaya dəstək mitinqində bir araya gəlib
HƏMAS Qəzzadakı xəstəxanada hərbi fəaliyyətin olması ilə bağlı İsrailin iddialarını rədd edib
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
ABŞ-də Trampın siyasətini təbliğ edən reklamlar qadağan olunub
Yəmən ordusunun məlumatına görə husilərin 900-dən çox üzvü zərərsizləşdirilib
Cibuti sahillərində baş verən gəmi qəzasında 139 nəfər həlak olub, 84 nəfər itkin düşüb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı husilərin hücumlarını birgə bəyanatla pisləyiblər
Ər-Riyaddakı hava limanına təşkil edilən hücumda 12 nəfər həlak olub, 309 nəfər yaralanıb
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur