İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi Müdafiə Sənayesi Günü münasibətilə Müdafiə Nazirliyinə təbrik məktubu ünvanlayıb.
O, müdafiə sənayesini "milli gücün" əvəzolunmaz sütunu adlandıraraq deyib:
"Müdafiə sənayesi İranın təhlükəsizliyinin və nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır. Son illərdə bu sahədə əldə edilən nailiyyətlər təkcə hərbi texnika istehsalı ilə məhdudlaşmır, həm də müdafiə sənayesində böyük bir inqilabi dönüşdür".
ABŞ-nin İrana qarşı təhdidlərinə toxunan Baş Qərargah rəisi Silahlı Qüvvələrin quru, dəniz, hava, hava hücumundan müdafiə, kosmos və kiber sahələrdə tam hazır vəziyyətdə olduğunu vurğulayıb.






















