DÜNYA
1 dəqiqə oxuma
Slovakiyada məktəbdə bıçaqlı hücum törədilib
Slovakiyanın şimal-qərbindəki Staşkov şəhərində yerləşən məktəbdə törədilən hücum nəticəsində 61 yaşlı qadın ölüb
Slovakiyada məktəbdə bıçaqlı hücum törədilib
Slovakiyada məktəbdə bıçaqlı hücum törədilib

Slovakiyanın şimal-qərbindəki Staşkov şəhərində yerləşən məktəbdə törədilən hücum nəticəsində 61 yaşlı qadın ölüb.

Səlahiyyətlilərin məlumatına görə, qadın sinə nahiyəsindən aldığı bıçaq xəsarətindən həlak olub. Hadisə zamanı yaralanan 44 yaşlı qadın və bir uşaq xəstəxanaya yerləşdiriliblər.

Yerli KİV-in yaydığı məlumata görə, hücumun məktəb şagirdlərindən biri tərəfindən törədildiyi ehtimal olunur.