SİYASƏT
1 dəqiqə oxuma
İsrael Katz:''Livan, Suriya, Qəzza və Yəməndə əməliyyatları davam etdirəcəyik''
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, regional və beynəlxalq səylərə baxmayaraq İsrail Livan, Suriya, Qəzza və Yəməndə hərbi əməliyyatlarını davam etdirəcək və mövqelərindən geri çəkilməyəcək.
İsrael Katz:''Livan, Suriya, Qəzza və Yəməndə əməliyyatları davam etdirəcəyik''
İsrael Katz:''Livan, Suriya, Qəzza və Yəməndə əməliyyatları davam etdirəcəyik'' / AP

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, regional və beynəlxalq səylərə baxmayaraq İsrail Livan, Suriya, Qəzza və Yəməndə hərbi əməliyyatlarını davam etdirəcək və mövqelərindən geri çəkilməyəcək.

“Maariv” qəzetinin məlumatına görə, Katz bu açıqlamanı İsrail Hərbi Hava Qüvvələrinin pilotları üçün təşkil olunan təlim kursunda səsləndirib. O, qeyd edib ki, İsrail qeyd olunan bölgələrdə fəaliyyətini davam etdirməkdə qərarlıdır.

Tədbirdə İsrailin baş naziri Benyamin Netanyahu və Baş Qərargah rəisi Eyal Zamir də iştirak ediblər.

İsrael Katz bildirib ki, Livanda Hizbullaha qarşı maksimum güc tətbiq olunacaq, Suriyada isə Hermon dağı (Cəbəl Şeyx) və təhlükəsizlik zonasından geri çəkilmək planlaşdırılmır. Qəzzada “Həmas”a qarşı əməliyyatların davam edəcəyini deyən Katz Yəməndə husilərin hərbi imkanlarını inkişaf etdirməsinin qarşısını almaq üçün də tədbirlərin görüləcəyini vurğulayıb.

Tehranla gərginliyə də toxunan müdafiə naziri İsrailin İranın nüvə və strateji imkanlarına ciddi zərər vurduğunu iddia edib. Katz bildirib ki, ABŞ-la əməkdaşlıq çərçivəsində aparılan əməliyyatlarla bağlı məlumatları izləyir.

Araşdırma
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib