DÜNYA
2 dəqiqə oxuma
BMT: Cənubi Sudanın sülh prosesi artan zorakılıq fonunda təhlükə altındadır
BMT-nin İnsan Haqları Komissiyası təhlükə siqnalları verən geriləmə yaşandığını bildirdi.
00:00
BMT: Cənubi Sudanın sülh prosesi artan zorakılıq fonunda təhlükə altındadır
Cənubi Sudan
10 mart 2025

BMT-nin İnsan Hüquqları Komissiyası şənbə günü xəbərdarlıq edib ki, Cənubi Sudanda son zamanlar artan zorakılıq və siyasi gərginliklər kövrək sülh prosesini təhlükə altına qoyur.

Bu xəbərdarlıq, 2018-ci ildə vətəndaş müharibəsinə son qoyan sülh razılaşmasının gələcəyinə şübhə yaradan, vitse-prezident Riek Maçarın tərəfdarlarına sadiq olan bəzi rəsmilərin həbsindən sonra gəlib.

“Biz illərlə əldə edilən çətin nailiyyətlərin itirilməsinə səbəb ola biləcək narahatedici bir geriləmənin şahidi oluruq” deyə BMT-nin Cənubi Sudanda İnsan Hüquqları Komissiyasının sədri Yasmin Sooka bəyan edib.

O, liderləri “sülh prosesinə təcili olaraq diqqət yetirməyə, Cənubi Sudan vətəndaşlarının insan hüquqlarını qorumağa və demokratiyaya keçidi təmin etməyə” çağırıb.

Qeyd edək ki, gərginliklər bu ayın əvvəlində, Prezident Salva Kiirə sadiq təhlükəsizlik qüvvələrinin Maçarla əlaqəli iki naziri və bir neçə yüksək rütbəli hərbi rəsmiləri həbs etməsi ilə başlayıb.

Bu hadisələr, əsasən Maçarın etnik Nuer icmasından olan Ağ ordu milis qrupu ilə milli qüvvələr arasında Nasir şəhərində baş verən zorakı toqquşmalar fonunda baş verib.

Kövrək sülh razılaşması

Zorakılıq ölkənin münaqişə edən tərəflərini vahid hökumət altında birləşdirməli olan hakimiyyət bölgüsü razılaşmasının pozulacağına dair narahatlıqları artırıb.

“Liderlər bölünmə və münaqişəni artırmaq əvəzinə, sülh prosesinə təcili olaraq diqqət yetirməlidirlər”, -deyə Sooka vurğulayıb.

Hərbi qarnizona hücum

Həbs hadisələri, Maçarın fraksiyası ilə Ağ ordu milis qrupu arasında hərbi qarnizona hücum etməkdə ittiham olunan birgə əməkdaşlıq iddiaları ilə əlaqələndirilib. Lakin Maçarın partiyası bu ittihamları rədd edib.

İnformasiya naziri Maykl Makuei bildirib ki, həbslər qanunla bağlı münaqişələr səbəbindən həyata keçirilib.

Xatırladaq ki, Nasirdən əsgərləri təxliyə etməyə çalışan bir BMT helikopteri cümə günü vurulub, nəticədə bir ekipaj üzvü və bir neçə əsgər həlak olub.

Bu hücum bölgədəki gərgin vəziyyəti daha da artırıb.

BMT komissiyasının digər üzvü Barney Afako da narahatlıqlarını ifadə edərək, vəziyyəti “ölkəni keçmişdə məhv edən məsuliyyətsiz hakimiyyət mübarizələrinə qayıdış” kimi təsvir edib.

Afako vurğulayıb ki, Cənubi Sudan xalqı “dinc yaşamağa və sülhə layiqdir, yeni bir müharibə prosesinə deyil”.

2011-ci ildə dünyanın ən gənc dövləti olan Cənubi Sudan 2013-cü ildə vətəndaş müharibəsi ilə qarşı-qarşıya qalıb.

2018-ci ildə əldə edilən sülh razılaşması düşmənçilikləri dayandırsa da, silahlı qrupların tərksilah edilməsi və seçkilərə hazırlıq kimi əsas islahatların həyata keçirilməsi ləngiyib.

Araşdırma
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib