TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Türk Dövlətləri Təşkilatının əsasının qoyulmasından 16 il ötür
Son 16 il ərzində TDT təkcə dövlət qurumları arasında deyil, həmçinin qardaş icmalar arasında da əlaqələri dərinləşdirib
Türk Dövlətləri Təşkilatının əsasının qoyulmasından 16 il ötür
TDT / AA
6 oktyabr 2025

Türk Dövlətləri Təşkilatının əsasının qoyulmasından 16 il ötür.

Əvvəlcə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası)” kimi tanınan təşkilatın tәmәli 2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanmış Naxçıvan Sazişi ilə qoyulub.

Ortaq tarixi və mədəni dəyərləri bölüşən türk dünyasını birləşdirməyi hәdәflәyәn TDT üzv ölkələr arasında iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət, müdafiə, təhlükəsizlik, nəqliyyat, gömrük, turizm və idman kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün şərait yaradır.

Hazırda regional səviyyədə tanınan TDT bu ildən etibarən türk dünyası daxilində ortaq gücü təmsil edən beynəlxalq təşkilata çevrilib. Təşkilat 4,25 milyon kvadrat kilometr ərazini və təxminən 160 milyon nəfərlik əhalini əhatə edən üzv ölkələri ilə geosiyasi təsirini artırır.

2021-ci il noyabrın 12-də İstanbulda keçirilən dövlət başçılarının 8-ci Zirvə Görüşündә Türk Şurasının adı “Türk Dövlətləri Təşkilatı” olaraq dəyişdirildi və bu addım türk dünyasında beynəlxalq inteqrasiya prosesində yeni mәrhәlәnin başlanğıcı kimi qiymәtlәndirildi.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDT-nin tamhüquqlu üzvləridir. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTC) isə müşahidəçi statusuna malikdir.

Qərargahı İstanbulda yerləşən TDT, Türk Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi və Katiblikdən ibarətdir.

Bundan əlavə, Türk Şurası Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə İnvestisiya Fondu və Türk Mədəniyyəti və İrsi Fondu kimi əməkdaşlıq mexanizmləri üçün çətir təşkilat kimi fəaliyyət göstərir.

TDT çoxsaylı beynəlxalq təşkilatlarla, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə tərəfdaşlıq edir.

Macarıstanın paytaxtı Budapeştdə nümayəndəliyini açan TDT, müşahidəçi üzv olan Macarıstanla yanaşı, Avropa İttifaqı (Aİ), ATƏT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Vişeqrad ölkələri ilə əlaqələrini gücləndirməyi və Avropada nüfuzunu artırmağı hədəfləyir.

‘‘Türk Dünyası 2024 Vizyonu’’sәnәdi ilә TDT gələcək üçün strateji hədəflərini müəyyən edir. Təşkilatın məqsədi qarşılıqlı etimadı artırmaq, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlıq imkanlarını genişləndirmək, insani münasibətləri möhkəmləndirmək və türk dünyasının tarixi-mədəni irsini qorumaqdır.

Son 16 il ərzində TDT təkcə dövlət qurumları arasında deyil, həmçinin qardaş icmalar arasında da əlaqələri dərinləşdirib

Tərəfdaş təşkilatların fəaliyyəti xalqlar arasında ortaq dəyərlərə marağı artırıb. Son günlərdə Türk Akademiyasının Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət Ortaq Türk Əlifbası ilə bağlı konsensus əldə etməsi xəbəri türk dünyasında böyük sevinclə qarşılanıb. TDT-nin növbəti sammiti “Regional Sülh və Təhlükəsizlik” mövzusu altında keçiriləcək.

Araşdırma
TDV Bakı Türk Liseyində iftar süfrəsi təşkil edilib
Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti arasında yeni iqtisadi saziş imzalanacaq
Həmrəyliyin simvoluna çevrilən qırmızı avtomobil
Ankarada ümumi türk əlifbası müzakirə edildi
20 Yanvar hadisələrindən 36 il ötür
Ərdoğan: "Türkiyə Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişi dəstəkləyir"
Türkiyə və Azərbaycan arasında enerji, ticarət və investisiya sazişi imzalandı
Ankarada ''Türk dilinə xidmət'' mükafatları mərasimi keçirildi
Səhləb: Osmanlıdan bu günə bir qış nağılı
Ərdoğan: "Tarixi məsuliyyətimizin bir hissəsi olaraq sülh və dialoqun qurulması üçün çalışırıq"
Türkiyə təxirə salınan Xəzər qaz boru kəməri üçün vasitəçilik edəcək
Qazaxıstan neft marşrutlarını nəzərdən keçirir
Türkdilli dövlətlərin energetika nazirləri İstanbulda bir araya gələcək
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi
Rusiya və Qırğızıstan arasında geniş əməkdaşlıq üzrə saziş imzalanacaq
Qazaxıstan AASQM-nın ölkədəki fəaliyyətini dayandırıb
Ankarada Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümü qeyd olunacaq
Çin xarici işlər naziri üç Mərkəzi Asiya ölkəsini ziyarət edəcək
Türkiyə dövləti Ahıska türklərinin Gürcüstandan sürgün edilməsinin 81-ci ildönümünü anır