SİYASƏT
2 dəqiqə oxuma
Tramp Ukraynaya ərazisinin bir hissəsini Rusiyaya verməyə hazır olmasını təklif edib
Ukrayna prezidenti Volodimir Zelenski təklifləri müzakirə etmək üçün bu gün Ağ Evdə Trampla görüşəcək.
Tramp Ukraynaya ərazisinin bir hissəsini Rusiyaya verməyə hazır olmasını təklif edib
Tramp-Zelenski
18 avqust 2025

ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində bir istifadəçinin mesajını paylaşaraq, Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya verməyə hazır olmasını təklif edib.

Tramp “Ukrayna Rusiyaya müəyyən ərazi itirməyə hazır olmalıdır, əks halda müharibə uzandıqca daha çox ərazi itirməyə davam edəcək!” deyib.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bəyan etmişdi ki, Rusiya və Ukrayna sülh razılaşmasına nail olmaq üçün “güzəştə getməlidirlər”.

Rubio "Fox News" telekanalına deyib: "İki döyüşən tərəf arasında sülh razılaşması üçün hər iki tərəf nədənsə imtina etməyə razı olmalıdır. Əks halda, bir tərəf istədiyi hər şeyi alırsa, bu, sülh razılaşması deyil, təslim olmaqdır".

Rubio bildirib ki, avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskanın Ankoric şəhərində keçirilən sammitindən qalan əsas məsələlər “ərazi sərhədlərinin harada olacağı, uzunmüddətli təhlükəsizlik zəmanətləri və Ukraynanın kiminlə hərbi ittifaq yarada biləcəyi”dir.

Ərazi qərarlarının son nəticədə Ukraynaya aid olduğunu bildirən Rubio "Bu, onların ərazisidir. Onların ölkəsidir" deyib.

Tramp və Putinin Alyaskada 3 saatlıq qapalı görüşündən sonra Putin “anlaşma” əldə etdiklərini bəyan edib.

Sammitdən sonra Tramp "Fox News" telekanalına bildirib ki, əsas məqamlar razılaşdırılıb, yalnız kiçik nüanslar qalıb.

Ağ Evdə görüş

Ukrayna prezidenti Volodimir Zelenski təklifləri müzakirə etmək üçün bu gün Ağ Evdə Trampla görüşəcək.

Avropa liderlərindən və NATO rəhbərlərindən ibarət qrup Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün bu gün Vaşinqtona gedəcək.

İclasda Fransa prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Cioria Meloni, Almaniya kansleri Fridrix Merts, Finlandiya prezidenti Aleksandr Stubb, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun Baş katibi Mark Rutte iştirak edir.

"Truth" sosial hesabında başqa bir paylaşımda Tramp Putinin ABŞ-da böyük sammit keçirməsinə icazə verərək “böyük uğursuzluğa” məruz qalması ilə bağlı medianın xəbərlərini tənqid edib.

O qeyd edib ki, Putin "görüşünü ABŞ-dan başqa hər yerdə keçirmək istəyirdi və saxta xəbərlər bunu bilirdi" və "Bu, əsas mübahisə nöqtəsi idi!".

Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib