SİYASƏT
2 dəqiqə oxuma
Kreml: ABŞ, Ukrayna və Rusiya BƏƏ-də danışıqlar aparacaq
Qərar Rusiya prezidenti Vladimir Putin və ABŞ-nin yüksək vəzifəli nümayəndəsi Stiv Uitkoff arasında Moskvanın "konstruktiv" adlandırdığı təmaslardan sonra verilib
Kreml: ABŞ, Ukrayna və Rusiya BƏƏ-də danışıqlar aparacaq
Rusiya deyir, danışıqların məqsədi siyasi həlldir, amma döyüşlər davam edir. / Reuters

Kreml ABŞ, Ukrayna və Rusiyanın Birləşmiş Ərəb Əmirliklərində danışıqlar aparmaq barədə razılığa gəldiyini açıqlayıb.

Qərar Rusiya prezidenti Vladimir Putin və ABŞ-nin yüksək vəzifəli nümayəndəsi Stiv Uitkoff arasında Moskvanın "konstruktiv" adlandırdığı təmaslardan sonra verilib.

Son aylarda Ukraynada müharibəyə son qoymaq üçün səylər artsa da, Moskva ilə Kiyev arasında, xüsusən də ərazi nəzarəti və müharibədən sonrakı mümkün həll yolu çərçivəsi ilə bağlı dərin fikir ayrılıqları qalmaqdadır.

Kremlin açıqlamasına görə, Uitkoff və Putin arasında son görüş Moskvada baş tutub və bu gün (23 yanvar 2026) səhər saatlarına qədər davam edib.

Kremlin diplomatik müşaviri Yuri Uşakov jurnalistlərə deyib ki, müzakirələr “hər baxımdan faydalı” olub.

Uitkoff və ABŞ nümayəndə heyətinin Əbu-Dabiyə getdikləri, orada danışıqların davam etdirilməsi gözlənilir.

Uşakov bildirib ki, Rusiya nümayəndə heyəti də GRU hərbi kəşfiyyat idarəsinin direktoru, general İqor Kostyukovun rəhbərliyi ilə BƏƏ-ə yola düşəcək. Təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupun ilk görüşünün bu gün Əbu-Dabidə keçiriləcəyi razılaşdırılıb.

Danışıqların daha ətraflı təfərrüatları açıqlanmayıb və Rusiya ilə Ukrayna rəsmilərinin üz-üzə görüşüb-görüşməyəcəyi hələ məlum deyil.

“Münaqişəni siyasi və diplomatik vasitələrlə həll etməkdə səmimi maraqlıyıq. Bu baş verənədək, Rusiya döyüş meydanında öz məqsədlərinə çatmağa davam edəcək”, deyə Uşakov qeyd edib.

Digər tərəfdən yanvarın 22-də Ukrayna prezidenti Volodimir Zelenski layihə sazişin “demək olar ki, hazır” olduğunu bildirərək əlavə edib ki, onunla ABŞ prezidenti Donald Tramp müharibədən sonrakı təhlükəsizlik zəmanətləri məsələsində razılığa gəliblər.

BƏƏ-dəki danışıqlar cari diplomatik təşəbbüsdən bəri Vaşinqton, Kiev və Moskvanın rəsmilərini əhatə edən ilk təsdiqlənmiş üçtərəfli görüşdür.

Araşdırma
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib