SİYASƏT
1 dəqiqə oxuma
İranda etiraz aksiyalarında ölənlərin sayının 4.519-a çatdığı bildirilir
Bu barədə ABŞ mərkəzli insan hüquqları agentliyi məlumat yayıb
İranda etiraz aksiyalarında ölənlərin sayının 4.519-a çatdığı bildirilir
İranda etiraz aksiyalarında ölənlərin sayının 4.519-a çatdığı bildirilir / Reuters
21 yanvar 2026

ABŞ mərkəzli İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, İranda baş verən etiraz aksiyalarının 24-cü günündə 26 mindən çox insan saxlanılıb. HRANA yanvarın 20-də yaydığı açıqlamada, İran ərazisində keçirilən nümayişlər zamanı təsdiqlənmiş ölənlərin sayının 4.519-a yüksəldiyini bildirib.

Həmçinin agentliyin topladığı məlumatlara əsasən, etirazlarda təxminən 5.811 insan ağır şəkildə yaralanıb. HRANA eyni zamanda, 9.049 əlavə ölüm faktının hələ də araşdırma mərhələsində olduğunu açıqlayıb.

Agentlik qeyd edib ki, bu rəqəmlər genişmiqyaslı internet kəsintilərinin tətbiq edildiyi, gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü və məlumatlara çıxışın ciddi şəkildə məhdudlaşdırıldığı şəraitdə qeydə alınıb. Bu səbəbdən real insan tələfatının açıqlanan göstəricilərdən xeyli yüksək ola biləcəyi barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, İran ötən ayın 28-də Tehran şəhərində başlayan və İran rialının kəskin dəyər itirməsi, eləcə də pisləşən iqtisadi şəraitlə əlaqələndirilən etiraz dalğası ilə sarsılıb. Aksiyalar daha sonra ölkənin bir çox digər şəhərlərinə yayılıb.

İran rəsmiləri ölkə üzrə ictimai məkanlarda bir sıra hücumlar törədən “silahlı üsyançıları” dəstəkləməkdə ABŞ və İsraili ittiham ediblər.

Qeyd edək ki, məsələylə bağlı ABŞ prezidenti Donald Tramp rəsmi Tehranın etirazçılar öldürüləcəyi təqdirdə “sərt zərbə endiriləcəyi” ilə bağlı dəfələrlə hədələr səsləndirib. Daha sonra isə Tehran hökumətinin yüzlərlə planlaşdırılan edam hökmünü ləğv etdiyinə görə İran hakimiyyətini tərifləyib.

MƏNBƏ:TRT