Böyük Britaniya hökuməti işğal olunmuş Fələstin ərazilərindəki qanunsuz yaşayış məntəqələri ilə ticarətə rəsmi qadağa tətbiq etməyə hazırlaşır. Bu addım Tel-Əvivin kəskin reaksiyasına səbəb olub. İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hökuməti Londona qarşı sanksiyalar tətbiq etməyə, Britaniya səfirini deportasiya etməyə və Argentinanın Folklend adaları üzərində suverenliyini tanımağa çağırıblar.
İsrailin maliyyə naziri Bezalel Smotriç "X" hesabındakı paylaşımında Britaniya səfirinin dərhal deportasiya olunmasını tələb edib. Nazir bəyan edib ki, İsrail antisemit hökumət üçün ayaqaltı olmayacağıq. İsrail torpaqlarında Britaniya mandatı dövrü başa çatıb.
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə Baş nazir Benyamin Netanyahunu Argentinanın Folklend (Malvin) adalarına dair iddiasını dəstəkləməyə səsləyib. Nazir vurğulayıb ki, Malvin adaları Britaniya tərəfindən işğal olunmuş Argentina ərazisidir və İsrail bu reallığı rəsmən tanımalıdır.
Bu gərginlik Böyük Britaniyanın xarici işlər naziri Ed Milibandın parlamentdəki gözlənilən çıxışı fonunda yaşanıb. Nazirin İsraillə münasibətlərə "yenidən baxılacağını" bəyan edəcəyi gözlənilir. Böyük Britaniya Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü il tarixli qərarına uyğun olaraq İordan çayının qərb sahilindəki qanunsuz məskunlaşma məntəqələri ilə bütün ticarət əlaqələrini dayandırmağı nəzərdə tutur.

















