SİYASƏT
1 dəqiqə oxuma
Venesuela Kolumbiya sərhədinə 15 min əsgər yerləşdirəcək
Venesuela hökuməti Kolumbiya ilə sərhəddə təhlükəsizliyi gücləndirmək məqsədilə 15 min əsgərin bölgəyə göndəriləcəyini açıqlayıb
Venesuela Kolumbiya sərhədinə 15 min əsgər yerləşdirəcək
Venesuela / AP

Venesuela daxili işlər naziri avqustun 25-də bəyan edib ki, Kolumbiya ilə sərhəd əyalətlərə 15 min hərbçi yerləşdiriləcək.

Venesuela dövlət rəsmilərindən Diosdado Kabelo açıqlamasında, bu yerləşdirmənin məqsədinin “sülhü təmin etmək” və bölgədəki cinayət qruplarına qarşı mübarizə aparmaq olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyatlarda hərbi hava qüvvələri, pilotsuz uçuş aparatları və sahil patrul xidmətindən stifadə ediləcək.

Qeyd edək ki, belə bir addım ABŞ prezidentinin Nikolas Maduronun yaxalanmasına kömək edəcək məlumat üçün mükafatı 50 milyon dollara qaldırması və Karib hövzəsinə hərbi qüvvələr göndərməsi fonunda atılıb.

D.Kabelo Kolumbiya hakimiyyətini də sərhəd bölgəsində cinayət törətməyə çalışan şəxslərə qarşı eyni addımlar atmağa çağırıb: “Cinayətkarlarla, cinayət şəbəkələri ilə əlaqəsi olan hər kəs məsuliyyət daşımalıdır. Biz də öz məsuliyyətimizi üzərimizə götürəcəyik. 15 min əsgər polis qüvvələrinin tam dəstəyi ilə fəaliyyət göstərəcək. Bu birgə səydir. Hazırda əməliyyatlar aparılır və bəzi cinayətkar qrupları məhv etdiyimizi təsdiqləyirəm”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) rəhbəri Terri Koul Venesuela hökumətinin kolumbiyalı silahlı qrupların meksikalı kartellərə rekord həcmdə kokain çatdırmasına kömək etdiyini iləri sürmüşdü. Lakin həm N.Maduro, həm də D.Kabelo bütün ittihamları təkzib edir.

ABŞ-a dəstək olaraq Fransa da Karib hövzəsində nəzarəti artırmaq qərarına gəlib. Rəsmi Paris Qvadelupa adasındakı müstəmləkə ərazilərinə əlavə hərbi gəmilər göndərib.

MƏNBƏ:TRT
Araşdırma
V.Putin Kiyev rəhbərliyinin danışıqlar aparmaq istəmədiyini bildirib
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı