TÜRKİYƏ
2 dəqiqə oxuma
Sıfır Tullantı Forumunda "Qlobal Sıfır Tullantı Regionları Təşəbbüsü" proqramı təqdim edilib
COP31-dən əvvəl həyata keçirilən təşəbbüs yerli idarəetmə orqanlarının sıfır tullantı öhdəliklərini ölçüləbilən tətbiqlərə çevirmələrinə dəstək olmağı hədəfləyir
Sıfır Tullantı Forumunda "Qlobal Sıfır Tullantı Regionları Təşəbbüsü" proqramı təqdim edilib
Sıfır Tullantı Forumu

İstanbul Valiliyinin himayəsi və Sıfır Tullantı Fondunun koordinasiyası ilə Atatürk Hava Limanında təşkil olunan "Sıfır Tullantı Forumu 2026"da şəhərlərin davamlı transformasiyasını sürətləndirməyi hədəfləyən "Qlobal Sıfır Tullantı Regionları Təşəbbüsü" təqdim edilib.

Fonddan verilən bəyanata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Görkəmli Şəxslər Məşvərət Şurasının sədri və Sıfır Tullantı Fondunun Fəxri sədri Əminə Ərdoğanın himayəsi altında keçirilən forumda sözügedən təşəbbüsün təqdimatını Sıfır Tullantı Fondunun sədri və COP31 BMT-nin Yüksək Səviyyəli İqlim çempionu Səməd Ağırbaş edib.

COP31-dən əvvəl reallaşdırılan təşəbbüs yerli idarəetmə orqanlarının sıfır tullantı öhdəliklərini ölçüləbilən tətbiqlərə çevirmələrinə kömək edir. Eyni zamanda layihə döngüsel iqtisadiyyat yönümlü sistem dəyişikliklərinin həyata keçirilməsinə dəstək olmağı hədəfləyir.

Təşəbbüsün ilk mərhələsində Meksikanın paytaxtı Mexiko, Keniyanın Kisumu şəhəri və Malayziyanın Corc Taun şəhəri pilot bölgələr olaraq seçilib.

Bu şəhərlərdə hazırlanacaq tətbiqlər tullantıların yaranmasının qarşısının alınması və metan emissiyalarının azaldılması baxımından nümunəvi modellər yaradacaq. Həmçinin resurs səmərəliliyinin artırılması və davamlı şəhər transformasiyası siyasətinin genişləndirilməsi istiqamətində də nümunə təşkil edəcək.

"Qlobal Sıfır Tullantı Regionları Təşəbbüsü" tullantıların qarşısının alınması və azaldılması siyasəti, bəzi tullantıların təkrar emalı, yenidən istifadə və təmir sistemləri kimi çoxşaxəli sahələrdə şəhərlərə dəstək təmin etməyi qarşısına məqsəd qoyur. Təşəbbüs həmçinin döngüsel biznes modelləri, yerli tərəfdaşlıqlar, sosial iştirak mexanizmləri və investisiya edilə bilən layihələr sahəsində də şəhərlərə köməklik göstərəcək. Beləliklə, qlobal iqlim öhdəlikləri ilə yerli səviyyədə əldə edilən konkret nəticələr arasındakı məsafənin azaldılması nəzərdə tutulur.

 

Təşəbbüs çərçivəsində Qlobal Metan Mərkəzi ilə də sıx əməkdaşlığın qurulması planlaşdırılır.

Orqanik tullantılardan qaynaqlanan metan emissiyalarının azaldılmasına yönəlmiş fəaliyyətlərin COP28 prosesində başladılan "Aşağı Metan Təşəbbüsü" ilə uyğunluq təşkil edəcək şəkildə aparılması planlaşdırılır. Bu yanaşma sıfır tullantı siyasətinin iqlim dəyişikliyi ilə mübarizədə birbaşa emissiyaların azaldılmasına töhfə verən təsirli vasitələrdən biri olduğunu növbəti dəfə sübut edir.

"Qlobal Sıfır Tullantı Regionları Təşəbbüsü"nün əsas məqsədlərindən biri də şəhərlərin təkcə öz transformasiyalarını reallaşdırmaları deyil. Şəhərlərin eyni zamanda digər bölgələr tərəfindən tətbiq oluna biləcək nümunəvi modellər hazırlamasını təmin etmək layihənin əsas hədəflərindəndir.

Bu çərçivədə iştirakçı regionların ölçüləbilən təkrar emal, resurs səmərəliliyi və döngüsellik hədəflərinə çatması gözlənilir. Onların gələcəkdəki milli və beynəlxalq siyasətlərə yön verəcək tətbiq nümunələrini ortaya qoymaları tələb olunur.

MƏNBƏ:TRT