SİYASƏT
1 dəqiqə oxuma
Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq
D.Trampın səfərindən sonra qərar elan olunacaq, rəsmi London iki dövlətli həll yoluna dəstəyini vurğulayır
Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq
Kir Starmer və Donald Tramp
18 sentyabr 2025

“The i Paper” qəzetinin hökumət mənbələrinə istinadən yaydığı xəbərə görə, Böyük Britaniya dövləti ABŞ prezidenti Donald Trampın rəsmi səfərinin başa çatmasının ardından bu həftə sonu Fələstin dövlətini rəsmən tanıyacaq.

Xatırladaq ki, iyul ayında Baş nazir Kir Starmer bildirmişdi ki, əgər İsrail Qəzzadakı humanitar vəziyyətlə bağlı ciddi addımlar atmazsa və atəşkəsə dair razılaşma əldə etməzsə, rəsmi London sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq.

Məlumata görə, bu açıqlamanın D.Trampın Böyük Britaniyadan ayrılmasından sonraya saxlanılmasının səbəbi Vaşinqton rəhbərliyi ilə gərginliyi artırmamaqdır. Çünki D.Tramp və ABŞ dövlət katibi Marko Rubio İsrailin Qəzzadakı quru əməliyyatına açıq şəkildə dəstək veriblər.

Baş nazirliyin sözçüsü qeyd edib ki, Fələstin dövlətini tanıma qərarı iki dövlətli həll yolunun reallığını qorumağa xidmət edir: “Dövlət olmaq hüququ Fələstin xalqının təxirəsalınmaz haqqıdır və bu hüququ açıq şəkildə ifadə etməyimiz iki dövlətli həllin mümkünlüyünü qorumaq baxımından son dərəcə vacibdir”.

Qeyd edək ki, ötən il İrlandiya, Norveç və İspaniya Fələstini rəsmi şəkildə tanıyan 147 ölkənin sırasına qoşulmuşdu. Bundan əlavə, Fransa da BMT Baş Assambleyası zamanı Fələstin dövlətini tanımaq planlarını açıqlayaraq, G7 (Böyük yeddilik) ölkələri arasında bu addımı atmağa hazırlaşan ilk dövlət olmuşdu.

MƏNBƏ:TRT
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb