Hökumət bunun Əfqanıstan torpaqlarından buraxılan PUA-ların aşkar edilərək vurulmasından sonra baş verdiyini bildirib.
İnformasiya naziri Ətaullah Tarar “X” hesabında PUA müdaxiləsini Pakistanın suverenliyinin açıq pozulması adlandırıb.
Nazir Tarar ölkənin hava hücumundan müdafiə qüvvələrinin hər bir PUA-nı izlədiyini və hədəflərini vurmadan onları zərərsizləşdirdiyini bildirib.
Nazir Pakistanın cavabını məqsədyönlü, dəqiq və mütənasib kimi qiymətləndirib.
İnformasiya naziri Ətaullah Tarar, həmçinin Əfqanıstanın Taliban hökumətini Əfqanıstan ərazisindən fəaliyyət göstərən "terrorçu ünsürləri”nə qarşı real, sübuta yetirilə bilən və daimi tədbirlər görməyə çağırıb.
Əfqanıstana “hücumları dayandırın” çağırışı
Tarar deyib ki, Əfqanıstandan Pakistan torpaqlarına yönələn heç bir hücumu qəbul etməyəcəklər və Pakistanın suverenliyinə edilən hər hansı pozuntu dərhal və qətiyyətli cavabla qarşılaşacaq mesajını verib.
Əfqanıstan rəhbərliyini dərhal hücumları dayandırmağa çağıran Tarar əlavə edib: “Pakistan gərginliyi artırmaq niyyətində deyil və bölgədə sülhə, dialoqa və konstruktiv əməkdaşlığa sadiqliyini davam etdirir. Bu sadiqlik zəiflik və ya düşməncəsinə hərəkətlərə qarşı məhdudiyyətsiz dözümlük kimi səhv başa düşülməməlidir”.
Nə baş vermişdi?
Pakistan rəsmiləri sentyabrın 23-də açıqlama verərək bildirmişdilər ki, Əfqanıstandan sərhəddəki polis bölmələrinə qarşı hücum və sızma cəhdlərinin qarşısını alıblar.
Bununla yanaşı, Əfqanıstan hakimiyyətinin sözçüsü Zabihullah Mücahid belə bir hücumun baş vermədiyini açıqlamışdı.






















