TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyədən kritik xəbərdarlıq: Yaxın Şərqdəki müharibə bölgəyə yayıla bilər, diplomatiya şərtdir
Türkiyənin Müdafiə Nazirliyi diplomatiyaya çağıraraq, Birləşmiş Millətlər Təşkilatına ABŞ, İsrail və İran arasındakı münaqişənin Yaxın Şərqdə daha da genişlənməsinin qarşısını almaq üçün tədbirlər görməyə dəvət edib
Türkiyədən kritik xəbərdarlıq: Yaxın Şərqdəki müharibə bölgəyə yayıla bilər, diplomatiya şərtdir
Zeki Aktürk / AA
2 aprel 2026

Türkiyə Cümhuriyəti Milli Müdafiə Nazirliyi diplomatiya çağırışı edərək, ABŞ, İsrail və İranı əhatə edən münaqişənin Yaxın Şərqə daha çox yayılmasının qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatını hərəkətə keçməyə çağırıb.

Türkiyə; ABŞ və İsrailin İrana qarşı hücumları davam edərkən, Yaxın Şərqdə artan gərginliyin bütün bölgəyə yayıla biləcəyi barədə xəbərdarlıq edərək diqqətin yenidən diplomatiyaya yönəldilməsi çağırışını edib.

Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk verdiyi açıqlamada İsrail və ABŞ-nin İrana yönəlik hücumları ilə başlayan, İranın İsrailə qisas cavabı verməsi və Körfəzdəki ABŞ hərbi və maliyyə aktivlərini hədəf alması ilə şiddətlənən müharibənin daha geniş regional yayılma mövzusunda ciddi təhlükə yaratmağa davam etdiyini bildirib.

Kontr-admiral Aktürk deyib: "Bütün ixtilaflar beynəlxalq hüquq əsasında, dialoq və diplomatiya yolu ilə həll edilməlidir. Bu istiqamətdəki qətiyyətli mövqeyimiz və səylərimiz davam edir. Bölgəmizin sakitliyi və sabitliyinə zərər verən münaqişələrin yaxın zamanda başa çatdırılmasını təmənni edirik”.

İsrailin çoxcəbhəli hücumları qınanıb

Kontr-admiral Aktürk Livan, Suriya və Fələstin daxil olmaqla bir çox cəbhədə davam edən İsrail hərbi hücumlarını da qınayıb. İsrailin Livandakı hücumlarının beynəlxalq hüququ və humanitar hüququ pozduğunu vurğulayan Aktürk bu hücumların üç BMT sülhməramlısının ölümünə səbəb olduğunu xatırladıb.

Aktürk həmçinin, İsrailin Suriyanın cənubuna yönəlik hücumları ilə bu ölkənin "suverenliyini və ərazi bütövlüyünü" pozmağa davam etdiyini, işğal altındakı İordan çayının qərb sahilində "qanunsuz məskunlaşma fəaliyyətlərini" və Qəzzaya yönəlik hücumlarına da davam etdiyini vurğulayıb.

BMT-yə çağırış: "Məsuliyyət daşıyın"

Beynəlxalq birliyi hərəkətə keçməyə çağıran kontr-admiral Aktürk "Beynəlxalq sistemin legitimliyinin və beynəlxalq hüquqa olan inamın daha çox zədələnməməsi məqsədilə başda Birləşmiş Millətlər Təşkilatı olmaqla bütün beynəlxalq birliyi İsrailin bu təcavüzkarlığının qarşısının alınması üçün bir daha məsuliyyət daşımağa dəvət edirik" deyib.

Kontr-admiral Aktürk həmçinin, Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun bu gün irəliləyən saatlarında Liviya Quru Qoşunları komandanını qəbul etməsinin planlaşdırıldığını da sözlərinə əlavə edib.

Araşdırma
B.Duran:“Türkiyə dezinformasiyaya qarşı mübarizəsini gücləndirir”
Hakan Fidan rusiyalı və səudiyyəli həmkarları ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
H.Fidan:"İsrailin Türkiyəni yeni düşmən elan etmək niyyətində olduğunu müşahidə edirik''
Dünya liderləri 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəlir
B.Netanyahunun da daxil olduğu 35 nəfər haqqında ömürlük həbs cəzası tələb edilib
B.Netanyahu Prezident R.T.Ərdoğanı hədəf alan açıqlamalarına görə tənqid atəşinə tutuldu
Prezident R.T.Ərdoğan ilə E.Makron arasında telefon danışığı baş tutub
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı 10 illik tranzit viza problemi həll olundu
Türkiyə dövləti Somalidə ilk xarici dərin dəniz qazma əməliyyatına başlayıb
R.T.Ərdoğan fələstinli məhbuslar üçün qəbul edilən ölüm cəzasını Hitlerin siyasətinə bənzətdi
Türkiyənin "Çağrı Bəy" gəmisi Somalidə qazma işlərinə başlayacaq
Rəcəb Tayyib Ərdoğan İranla ABŞ arasında əldə olunan atəşkəsi alqışladı
Prezident R.T.Ərdoğan “Roketsan”ın yeni istehsal müəssisələrinin açılış mərasimində iştirak edib
H.Fidan və M.İ.Dar arasında telefon danışığı baş tutub
İstanbulda polisə hücum edən üç terrorçu zərərsizləşdirilib
Prezident R.T.Ərdoğan İsraili müharibəni dayandırmağa yönəlmiş bütün səyləri pozmaqda günahlandırır
Türkiyə dövləti Səudiyyə Ərəbistanı ilə tranzit ticarətə başlayır
Prezident R.T.Ərdoğan Pasxa bayramı münasibətilə xristian icmasını təbrik edib
Prezident R.T.Ərdoğan ilə NATO-nun Baş katibi M.Rutte arasında telefon danışığı baş tutub
Türkiyə istehsalı olan “MİLGEM” korveti Pakistan Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib