DÜNYA
2 dəqiqə oxuma
İsrail atəşkəs razılaşmasına baxmayaraq Qəzzaya ağır zərbələr endirib
Hücum zamanı 9 fələstinli ölüb, onlarla adam yaralanıb
İsrail atəşkəs razılaşmasına baxmayaraq Qəzzaya ağır zərbələr endirib
İsrail atəşkəs razılaşmasına baxmayaraq Qəzzaya ağır zərbələr endirib
10 oktyabr 2025

“Həmas” ilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq İsrail ordusu Qəzzada törətdiyi bir neçə hücumda 9 fələstinlini öldürüb, onlarla adamı yaralayıb.

Şahidlərin və səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail oktyabrın 9-da Qəzzanın şimal, mərkəzi və cənub hissələrini hədəf alıb. Hücumlar nəticəsində Qəzza zolağının mərkəzindəki bir ev dağılıb, nəticədə üç fələstinli həyatını itirib. Hücumda çox sayda insan yaralanıb, bəziləri isə itkin düşüb.

Döyüş təyyarələri əl-Zeytun, Sabra və ən-Nəfəq məhəllələrini də bombalayıb, lakin itkilər barədə məlumat verilməyib.

Şəhərin qərbində yerləşən Yarmuk məktəbinə sığınan köçkünlərə atəş açılıb, nəticədə çox sayda insan yaralanıb.

Şəhərin cənub-şərqindəki əl-Zeytun bölgəsinə edilən hücumda isə daha 4 fələstinli yaralanıb. Hədəf alınan ərazilərdən tüstünün yüksəldiyi müşahidə olunub.

Qəzza şəhərinin müxtəlif yerlərində İsrail hərbi maşınları atəş açıb, quru qoşunları isə bölgə ətrafında manevrlər həyata keçirib.

Fələstin Mülki Müdafiə və səhiyyə mənbələrinin “Anadolu” agentliyinə verdiyi məlumata görə, oktyabrın 10-u axşam saatlarında Sabra məhəlləsindəki bir ev atəşə tutulub. Nəticədə 4 ailə üzvü həlak olub, təxminən 40 nəfər dağıntılar altında qalıb.

“Anadolu” agentliyinin müxbiri bildirir ki, İsrail axşam saatlarında Qəzzada hücumlarını intensivləşdirib.

Qəzzanın mərkəzində yerləşən “Nusayrat” qaçqınlar düşərgəsinin şimal-qərbində, Əl-Rəşid küçəsində cənubdan şimala keçməyə çalışan bir neçə fələstinli İsrailin açdığı atəş nəticəsində yaralanıb.

Xan Yunisdə İsrail ordusu mülki qrupun Əl-Biyouq məhəlləsində toplaşdığı ərazini atəşə tutub, nəticədə bir nəfər ölüb.

Xan Yunisin Həmd qəsəbəsinə endirilən zərbələr nəticəsində bir qadın həlak olub, çox sayda insan yaralanıb.

İsrail həmçinin Xan Yunisin şərqindəki Bəni Suheylə dairəsi yaxınlığında mülki əhalini hədəf alıb. Hücum zamanı çox sayda fələstinli yaralanıb, lakin hadisənin təfərrüatları hələlik açıqlanmır.

Hücumlar Türkiyə, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Misirin Şarm əl-Şeyx şəhərində apardığı dörd günlük dolayı danışıqlardan sonra “Həmas” və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.

Sentyabrın 29-da ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı 20 bəndlik planı açıqlayıb. Plan təxminən 2000 fələstinli məhbusun müqabilində bütün israilli məhbusların azad edilməsini, daimi atəşkəsi və İsrail qüvvələrinin mühasirə altındakı Qəzzadan tədricən çıxarılmasını nəzərdə tutur.

Planın ikinci mərhələsində Qəzzada “Həmas”ın iştirakı olmadan yeni idarəetmə mexanizminin yaradılması, fələstinlilərdən, ərəb və islam ölkələrindən ibarət təhlükəsizlik qüvvələrinin formalaşdırılması və “Həmas”ın tərksilah edilməsi nəzərdə tutulur.

Ərəb və müsəlman ölkələri bu planı alqışlayıblar, lakin bəzi rəsmilər planın detalların danışıqlar yolu ilə müzakirə edilməli olduğunu bildirdilər.

İsrail son iki ildə əksəriyyəti qadın və uşaq olmaqla 67 min 100-dən çox fələstinlini qətlə yetirib. Mütəxəssislər isə bu rəqəmin daha yüksək olduğunu vurğulayırlar.

İsrail mühasirəyə aldığı ərazinin böyük hissəsini viran qoyub və demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salıb.

Araşdırma
''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
İordan çayının qərb sahilində qeyri-qanuni israilli köçkünlər məscidi yandırıblar
İsrail Livanın cənub şəhərlərini hava hücumları ilə hədəfə alır
Viktoriya ştatı yerli avstraliyalılara geniş səlahiyyətlər verən tarixi müqavilə imzaladı
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
BMT: Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrantın öldüyü ehtimal olunur
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb