DÜNYA
2 dəqiqə oxuma
İsrail atəşkəs elanına baxmayaraq, Qəzzaya hücumlarını davam etdirir
Qəzzanın cənubundakı Xan Yunisin mərkəzində yerləşən Əl-Kətibə bölgəsinə bir neçə artilleriya mərmisi və pilotsuz təyyarə zərbələri endirilib
İsrail atəşkəs elanına baxmayaraq, Qəzzaya hücumlarını davam etdirir
İsrailin Qəzzaya hücumları davam edir / AA

Atəşkəsə baxmayaraq, İsrail qüvvələri bu gün (10 oktyabr) səhər tezdən Xan Yunus və Qəzzanı bombalamağa davam edib.

Fələstinin rəsmi xəbər agentliyi “Wafa”nın məlumatına görə, Xan Yunisin cənubunda yerləşən Əl-Kətibə bölgəsinə bir neçə mərmi düşüb və şəhərin üzərində pilotsuz uçuş aparatları müşahidə olunub.

Qəzzanın şərq hissələri də artilleriya və helikopter atəşinə məruz qalıb.

Bu gün səhər tezdən İsrail Baş Nazirlik ofisi bəyan edib ki, İsrail hökuməti Qəzzada müharibənin dayandırılması və fələstinli qruplarla əsirlərin mübadiləsinə dair razılaşmanı təsdiqləyib.

İsrail mediasının məlumatına görə, atəşkəs İsrailin təsdiqindən dərhal sonra qüvvəyə minib.

Qeyd edək ki, sentyabrın 29-da Tramp Qəzza üçün 20 bəndlik atəşkəs planını açıqlayıb. Bu plana təxminən 2000 fələstinli girov müqabilində bütün israilli girovların azad edilməsi, daimi atəşkəs və İsrail qüvvələrinin Qəzzanın hər tərəfindən tədricən çıxarılması daxildir.

Planın ikinci mərhələsi Fələstin müqavimət qrupu HƏMAS-ın iştirakı olmadan Qəzzada yeni idarəetmə mexanizminin yaradılmasını, fələstinlilərdən və ərəb və müsəlman ölkələrinin əsgərlərindən ibarət təhlükəsizlik qüvvələrinin yaradılmasını və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur.

Həmçinin, yeni administrasiya və regionun yenidən qurulması üçün ərəb və islam ölkələrinin maliyyə təmin etməsi, Fələstin Administrasiyasının isə məhdud iştirakı şərti irəli sürülür.

Ərəb və müsəlman ölkələri planı ümumilikdə alqışlasa da, bəzi rəsmilər onun tam həyata keçirililə bilməsi üçün bir çox detalların müzakirə edilməsi və danışıqlar aparılmasının vacibliyini dilə gətiriblər.

Araşdırma
Ukrayna Rusiyanın Voronej şəhərini hədəf alıb
Filippində məktəbdə baş verən atışmada üç nəfər ölüb, beş nəfər yaralanıb
Əhməd əş-Şəraa:"Suriya Livan böhranının həllinə fəal töhfə verməyə hazırdır''
Rusiya 522 ukraynalı əsgərin nəşini qaytarıb
Pakistan İran və ABŞ arasındakı anlaşma memorandumunu vasitəçi kimi imzalayıb
Sergey Sobyanin:''Ukrayna Moskvaya PUA zərbələri endirdi''
ABŞ "Grok" süni intellekt modelinin İrana qarşı hərbi əməliyyatlarda istifadə olunduğunu açıqladı
İtamar Ben-Qvir ABŞ-yə viza almaqda çətinlik çəkdi
Abbas Əraqçi: "İrana qarşı müharibənin bitməsinin ilkin şərti Livanda müharibənin bitməsidir"
Ukrayna Rusiyanın hücumlarından sonra BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib
Ukraynada Rusiyanın hücumları nəticəsində doqquz nəfər həlak olub
Şərif Ərdoğanın İran-ABŞ razılaşmasındakı "son dərəcə dəstəkləyici" rolunu alqışlayıb
Tramp tarixi İran razılaşmasını elan edərək Hörmüz boğazının dərhal açılacağını bildirib
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 3 fələstinli ölüb
ABŞ-nin Avropada NATO-ya ayırdığı təyyarə və hərbi gəmilərin sayını azaldacağı bildirildi
Çinin cənubunda güclü partlayış baş verb, ölən və yaralananlar var
BMT Qəzzada humanitar faciənin davam etdiyi barədə xəbərdarlıq edib
İran Hörmüz boğazını bütün gəmilər üçün bağladığını elan edib
ABŞ İrandakı bir çox hədəfə yeni və intensiv zərbələr endirib