İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağına təşkil etdiyi hücumlarda son 24 saatda 3 nəfər həlak olub.
Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzaya təşkil etdiyi hücumlarda qətlə yetirilən insan sayı ilə bağlı qeydə alınan məlumatlar paylaşılıb.
Atəşkəsə baxmayaraq İsrail hücumlarının davam etdiyi Qəzza zolağında son 24 saatda 3 nəfərin həlak olduğu, 21 fələstinlinin isə yaralandığı bildirilib.
Həmçinin Qəzzada atəşkəsin qüvvəyə mindiyi 2025-ci il 10 oktyabr tarixindən bəri İsrailin törətdiyi hücumlar nəticəsində 1.602 nəfərin qətlə yetirildiyi, 5 min 794 fələstinlinin yaralandığı qeyd olunub. Dağıntılar altından isə 847 nəfərin meyitinin çıxarıldığı ifadə edilib.
Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi həlak olanların sayı 74 min 618-ə, yaralı sayının isə 175 min 920-yə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə nəfərin meyitinin qaldığı bildirilir.





















