TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib
Türkiyə dövlətinin ən böyük beynəlxalq humanitar yardım əməliyyatlarından biri Qəzza üçün reallaşdırılıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib / َAA

Türkiyə bu günədək Daxili İşlər Nazirliyinin tabeliyində olan Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əlaqələndirməsi ilə həyata keçirilən beynəlxalq humanitar yardım fəaliyyətləri çərçivəsində beş qitədə yerləşən 85 ölkə və icmaya yardım əli uzadıb.

AFAD ehtiyac olan istiqamətlərdə yürütdüyü yardım diplomatiyası çərçivəsində təkcə Türkiyə daxilində deyil, dünyanın müxtəlif regionlarında da axtarış-xilasetmə əməliyyatlarını və humanitar yardım fəaliyyətlərini fasiləsiz davam etdirir.

Agentliyin koordinasiyası ilə Türkiyə dövləti beş qitədəki ölkələrə və icmalara ərzaq, sığınacaq və tibbi ehtiyaclar ilə yanaşı, maliyyə yardımı, logistik dəstək və axtarış-xilasetmə avadanlıqları təmin edib.

"Anadolu" agentliyinin (AA) yaydığı məlumatlara əsasən, Türkiyənin ən böyük beynəlxalq humanitar yardım əməliyyatlarından biri Qəzza üçün reallaşdırılıb.

İsrailin hücumlarına məruz qalan bölgəyə AFAD-ın təşkilatçılığı ilə 14 təyyarə və 21 gəmi vasitəsilə ümumilikdə 109.332 ton humanitar yardım materialı təhvil verilib.

Yardım çərçivəsində ümumilikdə 7,5 milyon dollar məbləğində ianə toplanıb. Bu məbləğin 7 milyon dolları AFAD, 500 min dolları isə Türkiyə Qızıl Ayparası tərəfindən təmin olunub.

Əfqanıstan üçün həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində 25 "Xeyirxahlıq qatarı" səfəri ilə 11.739 ton yardım materialı göndərilib. Bundan əlavə, qeyd olunan ölkəyə altı yük təyyarəsi reysi də təşkil edilib.

Sudana altı gəmi ilə 10. 206 ton humanitar yardım vasitəsi və 30 min çadır çatdırılıb.

Türkiyə dövləti həmçinin Pakistana 9.079 ton, Somaliyə 3.000 ton və Livana 730 ton humanitar yardım göndərib.

Bangladeşə 64.992 humanitar yardım bağlaması, Bosniya və Herseqovinaya 60 modul tipli ev (konteyner ev), eləcə də yanacaq, gigiyenik vasitələr, generatorlar və ilkin ehtiyac vasitələri təmin edilib.

İndiyədək Suriyaya 13. 938 humanitar yardım yüklü yük avtomobili göndərilib.

Zambiyaya 25 min dollar dəyərində yardım vasitələri və 600 ərzaq bağlaması çatdırılıb. Konqo Demokratik Respublikasına 54 min 70 dollar, Burundiyə isə 60 min dollar məbləğində yardım göstərilib.

Türkiyənin son dövrlərdə həyata keçirdiyi beynəlxalq humanitar yardım əməliyyatlarından biri Venesuela üçün reallaşdırılıb. İyun ayında baş verən 7,2 və 7,5 bal gücündəki iki zəlzələdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə AFAD-ın koordinasiyası altında bölgəyə iki hərbi yük təyyarəsi ilə humanitar yardım göndərilib.

Çatdırılan yüklərin tərkibində AFAD tərəfindən təmin edilən 275 çadır və Səhiyyə Nazirliyi tərəfindən ayrılan yeddi ton tibbi ləvazimat yer alıb. Beləliklə Venesuelaya ümumilikdə 30 ton humanitar yardım vasitəsi çatdırılıb.

İspaniyada baş verən sel fəlakətindən sonra isə Türkiyə bu ölkəyə həcmi 1.100 litr olan 250 ədəd plastik tullantı konteyneri və iki ədəd küçə təmizləyən nəqliyyat vasitəsi təmin edib.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib