DÜNYA
1 dəqiqə oxuma
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı missiyalarını azaldacaq
Pentaqon bəyan edib ki, İraqda planlaşdırılmış missiyaların azaldılması terrorla mübarizədəki uğur və davamlı ABŞ-İraq tərəfdaşlığı məqsədindan asılıdır
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı missiyalarını azaldacaq
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı missiya / AP

Pentaqon bildirib ki, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları İraqdakı hərbi missiyalarını azaldacaqlar.

"Prezidentin göstərişinə və 2024-cü il sentyabrın 27-də ABŞ-İraq Ali Hərbi Komissiyası ilə verilən birgə bəyanata uyğun olaraq, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları İraqdakı hərbi missiyalarını azaldacaqlar", - Pentaqonun baş sözçüsü Sean Parnell bildirib.

Parnell qeyd edib ki, missiyanın azaldılması DEAŞ-a qarşı mübarizədə "ortaq uğuru" və uzunmüddətli ABŞ-İraq təhlükəsizlik tərəfdaşlığına keçid səylərini əks etdirir.

"Bu tərəfdaşlıq ABŞ və İraqın təhlükəsizliyini dəstəkləyəcək və İraqın iqtisadi inkişafı davam etdirmək, xarici investisiyaları cəlb etmək və regionda aparıcı rol oynamaq imkanlarını gücləndirəcək", - sözçü bildirib.

ABŞ Bağdad hökuməti və onun koalisiya tərəfdaşları ilə sıx koordinasiyanı davam etdirərək məsuliyyətli və nizamlı keçidi təmin etmək barədə vəd verir.

ABŞ hazırda İraqdakı əsas bazalarında təxminən 2500 personal saxlayır.

Qeyd edək ki, ABŞ və İraq ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2026-cı ilin sonuna qədər İraqdan çıxarılması barədə razılığa gəlib.

Araşdırma
Ukrayna BM Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
Volker Türk Rusiya və Ukrayna arasındakı hücumlardan narahatlığını ifadə edib
Rusiya və Ukraynanın qarşılıqlı hücumlarında ən azı 56 nəfər həyatını itirib
İranla müharibədə 81 ABŞ hərbi təyyarəsi ya itkin düşüb, ya da birdəfəlik zədələnib
ÜST: Qəzzada tam fəaliyyət göstərən heç bir xəstəxana qalmayıb
Fransada yuxarı sinif şagirdlərinin etirazları davam edir
Quterreşin Pakistan liderləri ilə görüşündə Kəşmir, regional sülh və su mübahisəsi müzakirə olunub
İsrailin hücumları nəticəsində 20 mindən çox tələbə və şagird həlak olub
Rusiyanın Ukraynaya hücumları nəticəsində 11 nəfər həlak olub
Dünya üç ildir tarixin ən böyük qətliamına şahidlik edir
Misir Prezidenti Sisi  Li Çje Myon ilə görüşlər keçirmək üçün Cənubi Koreyaya səfər edib
Husilər Səudiyyə Ərəbistanına raket zərbələri endirib
ÜST Rusiyanı pnevmonik taun ilə əlaqəli ölüm hadisəsi barədə şəffaf olmağa çağırıb
ABŞ Konqresinin üzvü: "Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir"
Nepalda baş verən daşqın fəlakətində itkin düşmüş 5.200-dən çox insan hələ də tapılmayıb
Hudeydədə husilərə aid mühüm mövqelərə zərbələr endirilib
A.Quterreş Qəzza üzrə daimi atəşkəs çağırışı etdi
Moskvaya 650 dronla edilən hücum ölkənin iki ildə məruz qaldığı ən böyük ikinci hücum olub
Fransa miqyasında şagirdlərin etiraz aksiyaları davam edir, ölkə üzrə 500-ə yaxın lisey bağlanıb
Bolqarıstanda bomba həyəcanı yaşanıb