TÜRK DÜNYASI
3 dəqiqə oxuma
Türk Dövlətləri qeyri-rəsmi Zirvə görüşündə ŞKTC-ni ayrılmaz üzv elan etdilər
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
Türk Dövlətləri qeyri-rəsmi Zirvə görüşündə ŞKTC-ni ayrılmaz üzv elan etdilər
Türk Dövlətlərinin qeyri-rəsmi Zirvə görüşü / AA

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb.

Türk Dövlətləri Təşkilatı (TDT) Budapeşt Bəyannaməsini qəbul edərək üzv dövlətlər arasında həmrəyliyi bir daha təsdiqləyib və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC), Macarıstan və Türkmənistanı “Türk dünyasının ayrılmaz hissəsi” kimi tanıyıb.

Türkiyə Xarici İşlər Nazirliyi mənbələrinə görə, Bəyannamə təşkilat daxilində institusional gücü artırmaq, regional əlaqələri dərinləşdirmək və qlobal məsələlərdə koordinasiyanı gücləndirmək üçün artan siyasi iradəni əks etdirir.

“Şərq və Qərbin görüş nöqtəsi” mövzusu altında keçirilən sammitdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan kimi üzv dövlətlərin, həmçinin müşahidəçi dövlətlər olan Macarıstan, Türkmənistan və ŞKTC-nin liderləri və rəsmiləri iştirak ediblər.

Kıbrıs türklərinə güclü dəstək

Bəyannamənin əsas bəndlərindən biri TDT-nin ŞKTC-nə açıq dəstəyi olub. Təşkilat ŞKTC-nin təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib və Kıbrıs münaqişəsinin uzun illərdir davam edən həllinə dair “qarşılıqlı qəbul edilə və həyata keçirilə bilən” bir həll yolu çağırışı edib. Bu həll yolu adadakı mövcud reallıqlara əsaslanmalı və Kıbrıs türklərinin bərabər hüquqlarını təmin etməlidir.

Bu addım 1983-cü ildə müstəqilliyini elan edən ŞKTC-nə çox tərəfli dəstəyin əhəmiyyətli bir dəyişiklik olduğunu göstərir. Bu müstəqillik illərlə rumların təcavüzü və türklərə qarşı zorakılıqdan sonra, eləcə də 1974-cü ildə Türkiyənin hərbi müdaxiləsindən sonra baş verib. Bəyannamədə həmçinin bu hüquqların təmin edilməsi və Kıbrıs türklərinin daha da təcrid olunmasının qarşısının alınması üçün həmrəyliyin əhəmiyyəti vurğulanıb.

Birlik, təhlükəsizlik və gənclərin əməkdaşlığına bağlılıq

Bləyannamlədlə üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunub, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təqdim edilib. Eyni zamanda, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciəti dəstəklənib.

Xüsusilə, Bləyannamlədlə müşahidəçilərdlən ŞKTC tərəfindən təşkil olunan tədbirlər də daxil olmaqla, yeni gənclər və idman mübadilə proqramlarının təşviq edilməsi tövsiyə edilib. Bu, Türk dünyasında mədəni və ictimai əlaqələri gücləndirmək məqsədi daşıyır.

Türkiyənin regional rolu və qlobal məsələlər

Liderlər Türkiyənin regional sülhün təşviqində konstruktiv rolunu, xüsusilə Suriyada sabit siyasi keçid, sanksiyaların ləğvi və ərazi bütövlüyünün qorunması istiqamətindəki səylərini yüksək qiymətləndiriblər.

Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunub, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənib. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilib.

Əfqanıstan və terrora dair yeni təşəbbüslər

Digər mühüm nəticələrdən biri Əfqanıstan üzrə İşçi Qrupunun yaradılması olub. Bu qrup üzv dövlətlər arasında Əfqanıstanla bağlı məsələlərdə vahid mövqe hazırlamaq üçün məsuliyyət daşıyacaq. Bu mövzu ilə bağlı Dövlət Başçıları Şurası tərəfindən ayrıca birgə bəyanat qəbul edilib.

Sammit həmçinin terror, transmilli cinayətlər və kibertəhlükələrə qarşı birgə fəaliyyətə çağırış edib və müdafiə sənayesində əməkdaşlığın sürətləndirilməsini tələb edib. Üzv dövlətlər dezinformasiya, irqçilik, islamofobiya və nifrət nitqi ilə bağlı səyləri uyğunlaşdırmağa söz veriblər.

Türkiyənin qlobal namizədliklərinə dəstək

Bəyannamə Türkiyənin bir sıra yüksək səviyyəli beynəlxalq mövqelər, o cümlədən BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük (2037–2038), UNESCO-nun İcraiyyə Şurasında üzvlük (2025–2029) və BMT İqtisadi və Sosial Şurasında üzvlük (2026–2028) üçün namizədliklərini dəstəkləyib.

Simvolik jest olaraq, Əli Şir Nəvai Beynəlxalq Mükafatı Nobel mükafatı laureatı alim Əziz Sancara elmdəki töhfələrinə və Türk dünyasının birliyinə verdiyi dəstəyə görə təqdim edilib.

Araşdırma
Azərbaycan Prezidenti İlham Əliyev Hakan Fidanı qəbul edib
Hakan Fidan AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Hakan Fidan Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına qatılıb
Xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir
ŞKTC Prezidenti T.Erhürman Cənubi Kipr Administrasiyası ilə görüş keçirəcək
Türkiyə TDT üzvləri ilə 5 ildə 72,2 milyard dollarlıq ticarət həyata keçirib
Türkiyə Xarici İşlər Nazirliyi "3 Oktyabr-Türk Dövlətləri Əməkdaşlıq Günü" ilə bağlı mesaj paylaşıb
Yaşar Gülər: "Qafqazın təhlükəsizliyi üç ölkədən asılıdır"
Yaşar Güler  Zakir Həsənov və İrakli Çikovani ilə görüşüb
Qazaxıstan və Almaniya təxminən 2 milyard dollarlıq ticarət sazişi imzalayıblar
Özbəkistanda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda iclas keçiriləcək
Qazaxıstan Prezidenti K.J.Tokayev orduda islahatlar aparmaq istiqamətində tapşırıq verib
Prezident R.T.Ərdoğan 27 Sentyabr Anım Günü münasibətilə paylaşım edib
İlham Əliyev: "Cənubi Qafqazda bərqərar olmaqda olan sülh yeni imkanlar yaradır"
Qazaxıstanda təlim zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb
Türkiyə, Azərbaycan və Özbəkistanın birgə təlimində əsas hərbi hədəflər tam məhv edilib
Qazaxıstanda keçirilən təlim zamanı 9 hərbçi həyatını itirib, 7-si itkin düşüb
Ahlatda evlərinə yerləşən Ahıska türkləri şəxsiyyət vəsiqələrinə də qovuşdular
Türk Dünyası Bəstəkarlar İttifaqı yaradıldı
Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasından 108 il ötür