TÜRKİYƏ
1 dəqiqə oxuma
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Bu imtahan, türk dilinin beynəlxalq mötəbərliyi təsdiqlənmiş ilk və yeganə dil imtahanı olma xüsusiyyətini daşıyır
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Yunus Emre İnstitutu (YEE)

Yunus Emre İnstitutu (YEE) tərəfindən türk dilini xarici və ya ikinci dil kimi öyrənənlərin dil səviyyəsini qiymətləndirmək məqsədilə təşkil edilən Türk Dili Yetərlilik İmtahanı (TYS) üçün yeni dövr müraciətləri başlayır.

TYS Avropa Dil Qiymətləndirilməsi üzrə Assosiasiyanın (ALTE) təsdiqlədiyi "Q-mark" keyfiyyət nişanına sahibdir. Bu imtahan, türk dilinin beynəlxalq tanınırlığı təsdiqlənmiş ilk və yeganə dil imtahanı olma xüsusiyyətini daşıyır.

 

Dil bacarığı dörd əsas üzrə qiymətləndirilir

Oxuma, dinləmə, yazma və danışma olmaqla dörd əsas dil bacarığını qiymətləndirən imtahan üç mərhələdə keçirilir. İmtahanın ümumi müddəti 180 dəqiqə təşkil edir. İmtahanda uğur qazanan namizədlər B2 və C1 səviyyələrində Türk Dili Yeterlilik Sertifikatı almaq hüququ əldə edirlər.

Bu sənəd Türkiyədəki universitetlərdə türk dili hazırlıq mərhələsindən azad olunmanı təmin edir. Eyni zamanda akademik karyera, iş müraciətləri, bələdçilik və tərcüməçilik kimi sahələrdə mühüm üstünlüklər qazandırır.

 

Müraciət və imtahan tarixləri

Türkiyə ilə yanaşı Yunus Emre İnstitutlarının fəaliyyət göstərdiyi bütün ölkələrdə eyni vaxtda təşkil olunacaq imtahan üçün müraciətlər 3-28 avqust 2026-cı il tarixləri arasında qəbul ediləcək. İmtahanın özü isə 27 sentyabr 2026-cı il tarixində keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər müraciətlərini “www.sinav.yee.org.tr” ünvanı üzərindən tamamlaya bilərlər. İmtahanın məzmunu, təlimatlar və ətraflı məlumatlar isə “www.tys.yee.org.tr” rəsmi internet saytında yerləşdirilib.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib