DÜNYA
1 dəqiqə oxuma
Donald Tramp NATO sammitində mühüm məsələlərin həll olunduğunu açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammitində mühüm irəliləyiş əldə olunduğunu və bəzi güzəştlər edildiyini bildirib
Donald Tramp NATO sammitində mühüm məsələlərin həll olunduğunu açıqlayıb
Donald Tramp NATO sammitində mühüm məsələlərin həll olunduğunu açıqlayıb / AP

ABŞ Prezidenti Donald Tramp Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammitində mühüm irəliləyiş əldə olunduğunu və bəzi güzəştlər edildiyini bildirib. Təyyarədə jurnalistlərin suallarını cavablandıran Donald Tramp iki gün davam edən sammitin olduqca səmərəli keçdiyini və bir çox mühüm məsələnin həll olunduğunu vurğulayıb. Sammitin çox müsbət nəticələrlə başa çatdığını qeyd edən ABŞ lideri iştirakçıların artıq Vaşinqtona qarşı ədalətsiz yanaşmalara son qoyulmasının vacibliyini anladıqlarını ifadə edib.

Bəzi problemlərə baxmayaraq, iclasda böyük birliyin olduğunu deyən Donald Tramp xüsusilə İspaniyanın geri addım atdığını bildirib. İspaniya rəhbərliyinin əvvəllər fərqli mövqe nümayiş etdirdiyini, lakin ticarət əlaqələrinin dayandırılması barədə xəbərdarlıqdan sonra ABŞ-nin bir çox maliyyə və ödəniş tələblərini qəbul etdiyini bildirib. Donald Tramp rəsmi Madridin bu dəfə kifayət qədər güzəştə getdiyini diqqətə çatdırıb.

ABŞ Prezidenti rəsmi Ankara ilə əlaqələrə də toxunub. Türkiyə ilə çoxsaylı faydalı ticarət müqavilələrinin imzalandığını qeyd eden Donald Tramp deyib: "Türklər çox yaxşı tərəfdaş olublar". O, rəsmi Ankaranın alyans daxilində və ikitərəfli münasibətlərdəki rolunu yüksək qiymətləndirib.