DÜNYA
1 dəqiqə oxuma
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Bu barədə Ukrayna Prezidenti rəsmi internet səhifəsində paylaşım edib
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıb. Bu barədə Ukrayna Prezidenti rəsmi internet səhifəsində paylaşım edib.

Volodimir Zelenski həmkarını ABŞ-nin Müstəqilliyinin 250-ci ildönümü münasibətilə təbrik etdiyini bildirib.

Ukraynanın müstəqilliyinin qorunmasında ABŞ-nin rolunu yüksək qiymətləndirən Volodimir Zelenski göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti də müzakirə ediblər.

Liderlər həmçinin Ankarada keçiriləcək NATO sammiti çərçivəsində üzbəüz görüşərək müzakirələri davam etdirmək barədə razılığa gəliblər.