DÜNYA
2 dəqiqə oxuma
"Tomaqavk" raketlərinin Ukraynaya tədarükü Rusiya-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxaracaq
Vladimir Putin bu fikri rusiyalı jurnalist Pavel Zarubinə verdiyi müsahibə zamanı səsləndirib
"Tomaqavk" raketlərinin Ukraynaya tədarükü Rusiya-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxaracaq
'Tomaqavk raketlərinin Ukraynaya tədarükü Rusiya-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxaracaq'
6 oktyabr 2025

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya uzun mənzilli “Tomaqavk” raketlərinin mümkün tədarükü Moskva ilə Vaşinqton arasındakı münasibətləri məhv edəcək.

Bu fikri o, rusiyalı jurnalist Pavel Zarubinə verdiyi müsahibə zamanı səsləndirib.
"Bu, münasibətlərimizin pozulmasına gətirib çıxaracaq. Yaxud bu münasibətlərdə müşahidə olunan müsbət meyllərin sonu olacaq. Ona görə də fikrimi açıq şəkildə ifadə edirəm. Amma hadisələrin necə inkişaf edəcəyi təkcə bizdən asılı deyil", – deyə Vladimir Putin qeyd edib.

“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı Vladimir Putin bildirib ki, Ukraynaya bu cür raketlərin verilməsi heç bir halda döyüş meydanındakı qüvvələr balansını dəyişməyəcək.

O, həmçinin qeyd edib ki, “Tomaqavk” qanadlı raketlərindən Amerika hərbçilərinin birbaşa iştirakı olmadan istifadəsi mümkün deyil və bu hal Rusiya-ABŞ münasibətlərində yeni bir mərhələyə keçid anlamına gələr.

Kreml də öz növbəsində ABŞ-ın Ukraynaya “Tomaqavk” raketləri tədarükü ilə bağlı mümkün qərarına uyğun cavab veriləcəyini bəyan edib.

Qeyd edək ki, “Tomaqavk” qanadlı raketləri təxminən 2500 kilometrə qədər uçuş məsafəsinə malikdir.

Xatırladaq ki, keçən ay Ukrayna prezidenti Volodimir Zelenski “Axios” nəşrinə verdiyi müsahibədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası zamanı ABŞ prezidenti Donald Trampdan “Tomaqavk” raketləri tələb etdiyini açıqlamışdı.

Bundan bir neçə gün sonra ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun bu tələbi nəzərdən keçirdiyini və son qərarın Tramp tərəfindən veriləcəyini bildirmişdi.

Araşdırma
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib