DÜNYA
2 dəqiqə oxuma
Pakistanda daşqın qurbanları evlərinə qayıdırlar
Pakistanın şərqində yerləşən Pəncab əyalətində sel suları azaldığından daşqından zərər çəkən ailələr evlərinə qayıtmağa başlayıblar
Pakistanda daşqın qurbanları evlərinə qayıdırlar
Pakistanda sel fəlakəti / AP

Pakistanın şərqində yerləşən Pəncab əyalətində sel suları azaldığından daşqından zərər çəkən ailələr evlərinə qayıtmağa başlayıblar. Səlahiyyətlilər musson yağışlarının səbəb olduğu daşqınların 2,5 milyondan çox insanı didərgin saldığını və çayların qabarması səbəbindən 100-ə yaxın insanın həyatını itirdiyini bildiriblər.

Sosial şəbəkələrdə paylaşılan foto və videolarda bir vaxtlar əkin-biçinlə dolu olan yamyaşıl yerlərin indi qum və lillə örtüldüyü görünürdü. Evə qayıdan sakinlər evlərini yenidən tikməli və əkin sahələrini yenidən əkməli olduqlarını bildiriblər.

Pəncab Fəlakət İdarəetmə Müdirliyinin (PDMA) baş direktoru İrfan Əli Kathia bildirib ki, Jhelum, Chenab, Ravi, Beas və Sutlej çaylarının birləşərək Hind çayına axdığı Pəncnad bölgəsində suyun səviyyəsi azalıb.

Rəsmilər bəzi ərazilərdə xilasetmə və yardım əməliyyatlarının davam etdiyini bildiriblər. Kasur rayonunun kəndindən olan 46 yaşlı Nargis Bibi kəndini Sutlej çayının basmasından sonra əri, qızı və iki oğlu ilə birlikdə qaçmağa məcbur olub. Bibi "Təhlükəsiz yerə çatmaq üçün 5-6 fut sudan keçdik, amma sel o qədər qəfil gəldi ki, yanımızda iynəni belə daşıya bilmədik. Biz qayıdanda hər şey məhv olmuşdu" deyib.

43 yaşlı fermer Məhəmməd Səccad deyib ki, Çenab çayından gələn sel suları Multan yaxınlığında təxminən 6 fut azalıb və ailəsi evə qayıda bilib.

PDMA-nın məlumatına görə, Pəncabın 4500-dən çox kəndi leysan yağışları və qonşu Hindistanda daşan bəndlərdən çıxan su nəticəsində su altında qalıb. Ravi və Çenab çaylarında su axını normallaşsa da, Sutlej çayında azalmanın davam etdiyi bildirilir.

Hindistan son həftələrdə Pakistana ən azı altı daşqın xəbərdarlığı edib və sərbəst buraxılan su Pəncabdakı çayları daşırıb və böyük ziyan vurub. Pakistanın Milli Fəlakət İdarəetmə Müdirliyinin məlumatına görə, geri qayıdan sakinlərə kəndləri təhlükəli olsa, hökumətdən kömək istəmək və ya düşərgələrdə qalmaq üçün yerli liderlərin göstərişlərinə əməl etmələri bildirilib.

Pakistan rəsmiləri qeyd ediblər ki, Hindistan bəndlərindəki suyu tədricən buraxsaydı, daşqın bu qədər şiddətli olmayacaqdı. Daşqın suları 2022-ci ildə Pakistanın dağıdıcı daşqınlarından ən çox zərər çəkən Sind əyalətinə doğru gedir. Həmin vaxt ölkə üzrə 1700-dən çox insan həlak olub.

Baş direktor İrfan Əli Kathia bildirib ki, Pəncab hərbi hissələrin dəstəyi ilə ən böyük xilasetmə və yardım əməliyyatlarından birini həyata keçirib. O, həmçinin qeyd edib ki, Liaquatpur və Cəlalpur Pirvalanın ucqar kəndlərində qapalı vəziyyətdə qalan ailələrə yardımlar çatdırılmaqda davam edir. Naroval, Okara, Kasur, Bahavalpur və Bahavalnagarda məcburi köçkünlərin çoxu öz evlərinə qayıdıb.

Xatırladaq ki, iyunun sonundan bəri ölkədə daşqınlar nəticəsində 950-dən çox insan həlak olub.

Araşdırma
Terror təşkilatı YPG özünü ləğv etdiyini elan edib
Rusiyanın Amur vilayətində baş verən yanğında 7 nəfər həyatını itirib
ABŞ Karib dənizində narkotik daşıyan qayığı hədəf alıb, ölənlər var
Liviyada yanacaq böhranı yaşanır
İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqladı
İsrailin ifrat sağçı deputatı fələstinlilərə məxsus bir abidəni dağıtdı
Suriya Prezidenti Əhməd Əl Şaraa ölkəsinin bərpa prosesində olduğunu bildirib
Rusiyanın Krasnodar bölgəsinə PUA hücumundan sonra neft emalı zavodunda yanğın baş verib
Oman sahillərində neft tankeri vurulub
Nikol Paşinyan yaxın gələcəkdə Aİ-yə üzvlük üçün müraciət edəcəklərini bildirib
İsrail ordusu Suriyanın cənubuna yeni hərbi müdaxilə həyata keçirib
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 73 420-yə çatıb
V. Zelenski Permdəki neft emalı zavodunun vurulduğunu açıqlayıb
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib
Nigeriyada qayığın batması nəticəsində 52 nəfər ölüb
Antonio Quterreş Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlarını kəskin pisləyib
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər