SİYASƏT
3 dəqiqə oxuma
aABŞ rəsmilləri Qəzza və İran məsələlərini müzakirə etmək üçün İsrailə gəliblər
Səfər çərçivəsində Tehrandakı hadisələr və Qəzza məsələsi üzrə gedişat müzakirə olunub
aABŞ rəsmilləri Qəzza və İran məsələlərini müzakirə etmək üçün İsrailə gəliblər
ABŞ rəsmilləri Qəzzə və İran məsələlərini müzakirə etmək üçün İsrailə gəliblər / Reuters
25 yanvar 2026

“Reuters” xəbər agentliyinə istinadən əldə olunan məlumata görə, ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner yanvarın 24-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək Qəzzadakı vəziyyəti müzakirə ediblər. Lakin bununla bağlı hələlik İsrail Baş Nazirliyindən açıqlama verilməyib.

İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (US Central Command) rəhbəri general Bred Kuper də İsrailə səfər edən heyət arasında olub. Qəzet yazıb ki, B.Kuper gün ərzində ölkənin yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirib.

İsrailin “Kanal 12” televiziya kanalı isə bildirib ki, səfər ABŞ-nin bölgədə hərbi mövcudluğunu artırmaqda davam etməsi fonunda, rəsmi Tehranın mümkün ABŞ hərbi hücumunun hədəf ola biləcəyi ilə bağlı artan narahatlıqlar şəraitində baş tutur.

“Kanal 12”nin məlumatına görə, B.Kuper həmçinin İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar ilə də görüşüb.

İsrail ordusu yanvarın 22-də yaydığı açıqlamada, Tel-Əvivdə aparılan müzakirələrin ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlama ehtimalına işarə etdiyini bildirərək, bütün hərbi hava qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

ABŞ və onun müttəfiqi İsrailin Tehran hakimiyyəti üzərində təzyiqləri, İranda ötən ilin dekabr ayının sonlarında pisləşən iqtisadi və sosial şəraitin səbəb olduğu etiraz aksiyalarının başlamasından sonra daha da artıb. Tehran rəhbərliyi isə rəsmi Vaşinqtonu sanksiyalar, siyasi təzyiq, iğtişaşları qızışdırmaq və xaos yaymaq yolu ilə hərbi müdaxilə və rejim dəyişikliyi üçün bəhanə yaratmağa çalışmaqda ittiham edib.

ABŞ prezidenti Donald Tramp yanvarın 22-də verdiyi açıqlamada, ABŞ-nin İrana doğru irəliləyən bir hərbi gəmisi olduğunu bildirib, lakin bundan istifadə etməyə məcbur qalmamağa ümid etdiyini deyib. D.Tramp həmçinin rəsmi Tehrana etirazçıların öldürülməsi və ya nüvə proqramının yenidən işə salınması məsələlərində bir daha xəbərdarlıq edib.

 

Qəzza

Digər tərəfdən, Qəzzanı müvəqqəti idarə etmək məqsədilə yaradılmış fələstinlilərdən ibarət keçid komitəsinin sədri Əli Şaat yanvarın 22-də verdiyi açıqlamada Qəzzaya giriş və çıxışların demək olar ki, hamısı üçün yeganə keçid nöqtəsi olan Rəfah Sərhəd Keçid Məntəqəsinin gələn həftə açılacağını bildirib. Sözügedən keçid məntəqəsi Qəzzada yaşayan 2 milyondan çox insan üçün həyati əhəmiyyət daşıyır.

Lakin məsələ barədə üç mənbənin bildirdiyinə görə, İsrail Misir sərhədində yerləşən bu keçid məntəqəsindən Qəzzaya daxil olan fələstinlilərin sayını məhdudlaşdırmaq və Qəzzadan çıxanların sayının daxil olanlardan çox olmasını istəyir. Bu tələb, keçid məntəqəsinin açılmasının gözlənildiyi dövrdə gündəmə gətirilib.

Xatırladaq ki, Rəfah Sərhəd Keçid Məntəqəsinin İsrail ilə “Həmas” arasında ötən ilin oktyabr ayında əldə olunan atəşkəs razılaşması çərçivəsində, D.Trampın müharibəyə son qoymağa yönəlmiş planının birinci mərhələsində açılması nəzərdə tutulurdu.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı nəticəsində həlak olanların sayı 71 min 654 nəfərə çatıb. Oktyabr ayındakı atəşkəsdən sonra isə 481 fələstinli həyatını itirib.

Rəsmi Vaşinqton bu ayın əvvəlində Qəzza üzrə planın ikinci mərhələsinə keçildiyini açıqlayaraq, bu mərhələdə İsrailin Qəzzadan daha çox hərbi qüvvə çıxarmasının gözlənildiyini bəyan edib.

Rəfah Sərhəd Keçid Məntəqəsinin Qəzza tərəfi isə 2024-cü ildən etibarən İsrail ordusunun hərbi nəzarəti altında qalır.

MƏNBƏ:TRT
Araşdırma
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
İsrail Livanın cənubunu bombalayaraq atəşkəsi pozdu
İsrail hökuməti Ramazan ayında Məscidül-Əqsaya girişin məhdudlaşdırılmasını planlaşdırır
İranla nüvə danışıqları davam edərkən, daha bir təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru irəliləyir
Tramp İsrail Prezidentini Baş nazir Netanyahuya əfv qərarı ilə bağlı sərt tənqid edib
Lavrov: "Qrenlandiya hərbiləşdirilərsə, Rusiya hərbi seçimlər də daxil olmaqla tədbirlər görəcək"
Pezeşkian: "İran həddindən artıq tələblərə güzəştə getməyəcək"
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
ABŞ blokuna qoşulan Cənubi Koreya Çin ilə nadir torpaq elementləri üzrə əməkdaşlıq edəcək